18 C
Baku
Bazar ertəsi, Oktyabr 25, 2021

“Nissan” yeni elektrikli krossoverini buraxacaq

Yaponiyanın “Nissan” avtomobil şirkəti yeni yığcam elektrikli krossoverini təqdim edəcək.

Banker.az “İz.ru”ya istinadən xəbər verir ki, bu barədə “Nissan Europe”un baş meneceri Nikolas Bozek məlumat verib.

Top-menecerin sözlərinə görə, elektrikli avtomobil “Juke” modelinin ölçülərində olacaq və “Nissan Ariya” krossoveri kimi CMF-EV platforması üzərində qurulacaq.

Yığcam elektrikli krossoverin satışa çıxarılacağı tarix açıqlanmır. Xatırladaq ki, 27 yanvarda “Nissan” 2030-cu ilə qədər bütün yeni avtomobillərini elektrik mühərriklə təchiz etməyi planlaşdırdığını açıqlamışdır.

Yeni elektromobillər “Nissan” üçün xüsusi əhəmiyyət kəsb edən bazarlarda – Yaponiya, Çin, ABŞ və Avropada təqdim ediləcək. Eyni zamanda brend elektromobillər sahəsində liderlərdən biri olmağı hədəf tutur.

Son xəbərlər
Oxşar xəbərlər