Keçən həftə bitcoinin qiyməti tarixdə ilk dəfə 28 000 dollar səviyyəsini aşıb. Ümumilikdə isə ilin əvvəlindən bu yana kriptovalyuta dörd dəfə bahalaşıb. Qeyd edək ki, bu böyümənin böyük hissəsi dekabr ayında baş verib. Lakin mütəxəssislər xəbərdarlıq edirlər – kəskin böyümə və sonrakı azalma artıq yaxınlaşır.
Hələ ilin əvvəlində bitcoinin qiyməti 7 000 dollardan bir az çox olub. Niyə il ərzində onun qiyməti təxminən dörd dəfə artıb?
Artımın dörd səbəbi
Bitcoin koronavirus pandemiyası xəbəri fonunda, qlobal fond bazarlarında neftin qiyməti minimum səviyyəyə düşdüyü dövrdə artmağa başlayıb. İnvestorlar koronavirusa qarşı peyvəndlərin inkişaf etdirilməsi və dünya mərkəzi banklarının tətbiq etdiyi stimullaşdırıcı tədbirlərlə əlaqəli olan həyəcan dalğasında kriptovalyutalara və riskli aktivlərə sərmayə qoydular, bu barədə CEX.IO beynəlxalq kriptobrokerin məlumatların təhlili şöbəsinin rəhbəri Yuri Mazur bildirib: “Həm ənənəvi platformalara, həm də rəqəmsal aktivlər birjalarına pul axını başladı”.
Oktyabr ayında bitcoinin qiyməti təxminən 10 700 dollara yüksəlsə də, dekabrın ortalarında məzənnə sürətlə böyüməyə başlayıb və kriptovalyuta iki dəfədən çox bahalaşıb.
Noyabr ayında kriptovalyutaya həmçinin İngiltərənin “Ruffer” investisiya fondu sərmayə qoyub, Daha dəqiq desək, 27 milyard dollarlıq aktivlərinin 2.5%-ni. İnvestorlar “Ruffer”in bu addımını belə izah edirlər: fond bu sərmayədə bütün dünyada davam edən devalvasiyaya qarşı “kiçik, lakin təsirli” sığorta görür. “Bitcoin fondun qızıl və digər istiqrazlara olan daha böyük investisiyalarını (nominal dəyəri inflyasiyadan asılı olan) diversifikasiya edir, buna görə Ruffer özünü bazar risklərindən qorumaq istəyir”, – deyə CoinDesk yazır.
Mazurun sözlərinə görə, bitcoinin son həftədə kəskin artımı həm də valyuta bazarındakı mənfi xəbərlərlə əlaqəlidir. Belə ki, dekabrın 23-ü ABŞ-ın Qiymətli Kağızlar və Mübadilə Komissiyası (SEC) “Ripple” platformasını XRP tokenləri adı altında qeydiyyatdan keçməmiş 1.3 milyard dollar dəyərində qiymətli kağız satmaqda günahlandırmışdı. Bu xəbərin fonunda platformanın məzənnəsi 40%-dan çox düşüb. “İnvestorlar sərmayələrini bitcoinə yönəltməyə başladılar. Buna görə də sıçrayış oldu, BTC / USD cütlüyünün böyüməsi baş verdi”, – deyə Mazur əlavə edir.
Bundan sonra bitcoin məzənnəsi necə dəyişəcək?
Yaxın gələcəkdə bitcoinin dəyərində böyük sıçrayış mümkündür. “Yaxın günlərdə bitcoinin 30 000 dollar səviyyəsinə yaxınlaşa bilər. Lakin bununla yanaşı, onun iki-üç dəfə çökəcəyinə zəmanət verilir, çünki hal-hazırda bitcoin olduğundan daha yüksək qiymətləndirilir”, – deyə “AMarkets”in analitika şöbəsinin müdiri Artyom Deev qeyd edir.
Əgər hər hansı bir geosiyasi gərginlik və ya qarışıqlıq olarsa, bitcoinin təhlükəsiz sığınacaq olması ehtimalı yoxdur. Ekspertlərin fikrincə, qatarın son vaqonuna tullanmaq artıq təhlükəlidir. Belə kəskin böyümədən sonra həmişə eniş baş verir. Korreksiyanın hansı səviyyədə başlayacağı və nə zaman dayanacağı barədə isə nəsə söyləmək çətindir.
Yuri Mazur bitcoin məzənnəsinin 2021-ci ilin birinci rübündə artmağa davam edəcəyini, volatilniyin isə 25 000-50 000 dollar arasında dəyişəcəyini proqnozlaşdırır. “Nə qədər paradoksal səslənsə də, koronavirus pandemiyası bitəndən sonra riskli aktivlər sabitləşəcək və bu, dünya iqtisadiyyatının artması fonunda təxirə salınmış inflyasiyanı işə salacaq”, – mütəxəssis vurğulayır.