3 C
Baku
Saturday, December 14, 2024

Niyə etdiklərimizə inanırıq?

İnanclar dünyagörüşünə təsir göstərən demək olar ki, əsas amildir. Lakin nəzərə almalıyıq ki, onları cəmiyyət yaradır. Dini valideynlərin uşaqları, bir qayda olaraq, dindar olurlar. Əlbəttə ki, bəzi insanlar öz intellektləri sayəsində səhv qərarları görə bilirlər və nəticədə, cəmiyyətin müəyyən etdiyi inanclara müqavimət göstərirlər. 

Gəlin bununla bağlı bir nümunəyə baxaq. Deyək ki, mən ateistlər arasında böyümüşəm və Allahın mövcud olmadığına qətiyyətlə inanıram. Eyni zamanda başa düşürəm ki, dini cəmiyyətdə böyüsəydim, çox güman ki, Allaha inanardım. Bundan əlavə, dindar insanlar arasında böyüdüyüm halda belə fərqli fikirlərlə qarşılaşacaqdım: elm və tarixi öyrənərdim, Allahın varlığını təsdiq və ya inkar edən dəlilləri tapardım. Fərq ondadır ki, mən bu dəlilləri başqa cür şərh edərdim. Fərqli inanclar insanların dəlillərə olan münasibətin fərqli olmasından irəli gəlir. Və məsələ resursların birləşməsi və ciddi danışıqların aparılması zərurətində deyil. Əgər başqa bir insanı bu qədər asanlıqla inandırmaq mümkün olsaydı, əsrlərlə davam edən dini konfliktlər olmazdı. Əksinə – onların hər biri öz tərəfini saxlayacaq və yalnız öz xeyrinə olan arqumentlər təqdim edəcək. 

Bəzi insanlar deyirlər: “Sən sadəcə inanırsan” və bu arqument sizin öz fikirlərinizdən imtina etməyiniz üçün kifayət etməlidir. Bəs onda problem nədədir? Mənim inanclarımı cəmiyyət formalaşdırıb və bu səbəbdən onların nə doğru, nə də yanlış olmasının sübutu yoxdur. 

Başqalarına inanmaq etibarsız yoldur, buna görə də inancların etibarsız metodlarla formalaşdırıldığını söyləyə bilərik. Əgər termometrin düzgün işləmədiyini bilsəm, bir daha ona etibar etməyəcəyəm. Eynilə inanclarımızın etibarsız proses ilə yaradıldığını biləndən sonra onlara bir daha inana bilmirik. 

Buna görə termometr analogiyası düzgün deyil. Fərqli cəmiyyətdə böyüdüyüm təqdirdə inanclarımın da fərqli olacağını anlamaq, termometrin etibarsız olması demək deyil. Daha doğrusu, belə deyə bilərik: mənim aldığım termometrin satıldığı mağazada termometrlərin bir qismi düz işləmir. Lakin bu fakt aldığım termometrə etibar etməməli olduğum demək deyil. 

“Bəxtim gətirdi” reaksiyası bir az şübhəlidir, çünki özündə səhv düşüncələri cəmləşdirən bir cəmiyyətdə böyüsəydim də eyni düşünərdim. Ateist olduğum halda, belə düşünərdim: “Xoşbəxtlikdən, məni təhsilli və köhnə dini fikirlərə tabe olmayan insanlar böyüdüblər”. Lakin dindar olsaydım, fərqli düşünərdim: “Əgər təkəbbürlü insanlar arasında böyüsəydim, reallıq haqqında tamamilə yanlış təsəvvürüm olardı”. Belə çıxır ki, hər bir insan “bəxtim gətirdi” söyləyə bilər. 

“Bəxtim gətirdi” açıqlamasına şübhə ilə yanaşsaq da, bu cavab digər hallarda tamamilə məqbuldur. İndi isə termometrlərə qayıdaq. Tutaq ki, termometr alanda onların növləri haqqında çox az şey bilirdim və rəfdən əlimə ilk keçəni götürdüm. Mağazadakı termometrlərin bir qisminin dəqiq işləmədiyini öyrəndikdən sonra ciddi araşdırmalara başladım. Məlum oldu ki, mənim aldığım termometr nüfuzlu şirkət tərəfindən istehsal olunub və onun düz işləməsinə heç bir şübhə yoxdur. Belə düşünməkdə pis heç nə yoxdur: “Nə yaxşı ki, bəxtim gətirdi!”.

Fərq nədədir? Niyə termometr seçimində bəxtli olduğuma inanıram, cəmiyyət seçimində isə yox? Cavab olduqca sadədir: mənim seçdiyim cəmiyyətə etibar etməyim, həmin cəmiyyətdə böyüməyim ilə əlaqəlidir. Əgər cəmiyyətin mənə yeritdiyi inanclara inanmasam, yaşadığım cəmiyyətin etibarlılığına şübhə etməyə başlayacağam. Bir sözlə, əgər inancların hər hansı formalaşma metodunun etibarlılığını qiymətləndiririksə, bu metodun etibarlılığını dəstəkləyən inanclardan istifadə edə bilmərik. 

Beləliklə, bir və ya bir neçə inancı həyatımızda saxlamaq (və ya əksinə ondan qurtulmaq) barədə düşündükdə, onların necə meydana gəldiyinə görə narahat olmağa başlayırıq. İnancımızla əlaqədar narahat olduğumuz və ondan imtina edib-etməməyimizi düşündüyümüz zaman şübhə edirik. Şübhə olduqda isə bir və ya bir neçə inancı yoxlamaq istəyirik. Bəzən olur ki, bunu edirik, bəzən isə yox. 

Mənəvi, dini və siyasi inanclarımızın güclü sosial təsir altında olduğunu anlamaq narahatlığa səbəb olur, çünki bu halda şübhələrdən sonra onlara əvvəlki kimi inana bilmirik. Biz bu inancları dəstəkləmək üçün adi dəlillərdən istifadə edə bilmirik, çünki o arqumentlərin legitimliyi (qanuniliyi) şübhə altına alınır: sonda öz baxışlarımızı alternativ baxışlardan daha üstün olduğunu xəyal edirik. Hərəkətlərimizə inamımızı bu inancların həqiqiliyinin sübutu kimi qəbul etmək olmaz: biz etdiklərimizə inanırıq, çünki müəyyən mühitdə böyümüşük və orada yox, məhz burada böyüməyimiz bunun üçün yaxşı səbəb hesab olunur. 

Sosial təsir barədə yalnız bu inanclara şübhə etdiyimiz təqdirdə narahat olmaq lazımdır. Hər hansısa inancların meydana gəlməsi faktı nə dini, nə mənəvi, nə də siyasi dünyagörüşünə qarşı bir dəlil deyil. Buna görə də, adətən istifadə etdiyiniz yanaşma və arqumentlərdən imtina edib-etməyəcəyinizi düşünməyə başlasaydınız, sadəcə bəxtli insan olduğunuzu iddia edərdiniz. Bəxtli olduğunuz üçün son saniyədə gecikdiyiniz qatara minməyi çatdırdınız və ya bəxtli olduğunuz üçün səfər edərkən gələcək sevginizlə söhbət etməyə başladınız. 

Ümumiyyətlə, bəxtli insan olduğunuzu düşünmək qorxulu deyil. Bəzən həqiqətən də bəxtimiz gətirir. Yeganə narahatlıq – bəxtli olduğumuzu təsdiqləməyə imkanının olmamasıdır. Çünki bu ifadəni təsdiqləmək üçün lazım olanlar, sual altında qalan məsələlərdən biridir.

Son xəbərlər
Digər xəbərlər