15 C
Baku
Friday, March 29, 2024

Niyə gündəlik vərdişlər hədəf təyin etməkdən daha vacibdir?

Hər birimizin müəyyən bir müddətdə çatmaq istədiyimiz kiçik və ya böyük hədəflərimiz var. Kimsə 30 yaşına qədər ilk milyonunu qazanmaq, kimsə isə yaya kimi arıqlamaq istəyir. Vərdişlər səssizcə həyatımızı idarə edir və davranışımıza təsir göstərir. Yaxşı vərdişlər hədəflərimizə çatmağa kömək edir, pis vərdişlər isə əksinə, mane olur.

Birincisi, ilham anlayışının nə olan şey unudun. Vərdiş daha etibarlıdır. O sizə ilham alsanız da, almasanız da dəstək olacaq.

Niyə hədəf təyin etmək pisdir

Həyatda bir şeyi dəyişdirməyə qərar verdiyimiz zaman özümüzə yeni bir hədəf qoyuruq. Ancaq bu yanaşmanın mənfi cəhətləri də var. Onlara nəzər salaq:

1. Bütün məqsədlərin son tarixi var

Bu səbəbdən müəyyən bir hədəfə çatdıqdan sonra çoxları yenidən “start” nöqtəsinə qayıdırlar. Məsələn, marafon qaçandan sonra məşqləri boş buraxmaq və ya arıqlayandan sonra çayla tort yemək.

2. Məqsədlər bəzən idarə edə bilmədiyimiz amillərdən asılıdır

Bəzi məqsədlərin mümkünsüz olduğunu boynumuza almalıyıq. Məsələn, hər hansı bir travma ilə yarışlarda iştirak etmək və qalib gəlmək olmaz. Qarşımıza məqsəd qoyduğumuz zaman, bir qayda olaraq, ona nail olmaq üçün müəyyən alqoritm qururuq. Lakin işlər plana uyğun getməyə bilər.

3. Məqsədlər iradə və intizamdan asılıdır

“Vərdişin gücü. Niyə bu şəkildə yaşayırıq və işləyirik” kitabının müəllifi Charles Duhigg yazır: “İradə gücü – təkcə bacarıq deyil. Bu, qol və ayaqdakı əzələlər kimi gərgin işdən yorulan əzələdir, buna görə də günün sonuna yaxın özümüzü yorğun hiss etməyə başlayırıq”.

4. Məqsədlər bizi demotivasiya edir

Tədqiqatlar göstərir ki, insan beyni hədəf qoymağı və ona çatmağı bir-biri ilə qarışdıra bilər. Adətən bu və ya digər hədəfə artıq çatdığımızı düşünməyə başlayırıq və özümüzü son dərəcədə rahat hiss edirik. Düşünürük ki, daha heç nə üçün səy göstərməli deyilik. Bu, məqsədlərimiz haqqında başqalarında danışanda baş verir.

Vərdişlərin üstün cəhətləri hansılardır?

“Vərdiş – bilik, bacarıq və istəyin kəsişməsidir”, -“Yüksək effektiv insanların yeddi bacarığı” adlı kitabın müəllifi Stephen Covey. Bir şeyi avtomatik olaraq etdiyimiz zaman beyin düşünmür. Beləliklə, məqsədə tədricən, yəni addım-addım çatmış oluruq. Əlbəttə ki, bu cür sistematik yanaşmanın bir sıra üstünlükləri var.

Vərdişlər hədəflərimizi üstələyir

Biri roman çap etmək istəyir və məqsədinə çatmaq üçün gündə 200 söz yazacağına qərar verir. Hədəfə çatmaq üçün bu insana 250 gün vaxt lazımdır. Olduqca asan bir tapşırıqdır. Lakin bəzən 1000 və ya daha çox söz yazma alınır. Tədricən bu vərdiş halına gəlir. Nəticədə, kitab vaxtından daha tez hazır olur.

Vərdişlər bizə daha asan başa gəlir

Yeni vərdiş yaratmaq üçün 30 gün tələb olunur. Məhz bu müddət ərzində müəyyən bir hərəkəti hər gün etməyə alışırıq.

Vərdişlər həyatımızı formalaşdırır

Əslində, bütün həyatımız vərdişlərdən ibarətdir. Charles Duhigg-in araşdırmasına görə, hər gün etdiyimiz hərəkətlərin təxminən 40%-i vərdişlərdən ibarətdir. Onları hiss etməsək də, şəxsiyyətimizi formalaşdıran əsas amil vərdişlərdir.

Vərdişlər həyat tərzini dəyişdirir

Bəzi vərdişlər normal davranışımızı kəskin şəkildə dəyişdirə bilər. Duhing onları “əsas vərdişlər” adlandırır. Məsələn, hər gün idman etmək insanı sağlam qidalanmağa, alkoqol və siqaretdən imtina etməyə təşviq edə bilər.

Sistemli yanaşma necə işləyir

Bir çox müvəffəqiyyətli insan hədəf təyin etməyə deyil, vərdişlərə köklənərək həyatını əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Məsələn, amerikalı milyarder Warren Buffett bacarıq və biliklərini inkişaf etdirmək üçün hər gün kitab oxuyur. Stephen King gündə 1000 söz yazır. Bu vərdişlər heyrətamiz nəticələrə gətirib çıxarır və beynimizi dəyişdirir.

Son xəbərlər
Digər xəbərlər