23 C
Baku
Tuesday, April 23, 2024

Niyə uşaqlar universitetə qəbul olmazdan əvvəl özlərini sahibkarlıqda sınamalıdırlar?

İki qızımız orta məktəbi bitirdikdə, həyat yoldaşım və mən onlara belə bir sövdələşmə təklif etdik: onların hər biri ən az bir il müddətində biznes fəaliyyəti ilə məşğul olmalıdırlar, bunun qarşılığında isə biz onlara təhsil haqqını ödəməyi vəd etdik. Fikrimizcə, bu, onların ali təhsil almadan əvvəl sahibkarlıqda ən vacib təcrübə toplamalarına kömək edəcəkdir.

Mən və həyat yoldaşım bu sövdələşməyə ciddi yanaşdıq. Avropaya səyahət etmək əvəzinə, uşaqlarımız qollarını çırmalayıb biznesə qərq olmalı idilər. Təəssüf ki, universitetin tədris planında belə bir fənnin keçirilməsini nəzərdə tutmur. Lakin buna baxmayaraq, biz uşaqların kommersiya mühitindən olan insanlarla ünsiyyətdə olmalarının nə qədər vacib olduğunu başa düşdüyümüz üçün bu qərarı verdik. İndi qızlarımın təxminən 30 yaşı var və geriyə baxaraq, onlar sahibkarlıq təcrübəsinin uğurlu karyeranın qurulmasına böyük töhfə verdiyi fikri ilə razılaşırlar.

18 yaşlı gənclərin biznesi idarə edə bilməsi mümkünsüz görünür, buna görə həyat yoldaşım və mən bütün proses boyu onlara dəstək verdik. Biz artıq 15 ildir ki, onların təhsili ilə məşğul oluruq və onların yeni mühitə uyğunlaşması perspektivindən qorxmurduq. Mən əvvəllər GE korporasiyasının tərtibatlarına rəhbərlik etmişəm, buna görə də layihələrin və tədarükün idarə edilməsi, habelə maliyyə axınlarının təmin edilməsinin nə olduğunu çox yaxşı bilirdim – bütün bu biliklər övladlarım üçün faydalı ola bilərdi.

Biz onlardan yeni Facebook və ya Tumplr yaradacağını gözləmirdik (baxmayaraq ki, bu xidmətlər qızlarımızla eyni yaşda olan insanlar tərəfindən yaradılıb). Onlar işləri planlaşdırmağı, vaxtı idarə etməyi, müştərilər və təchizatçılarla ünsiyyət qurmağı və daha çox şeyi öyrənməli idilər. Ən başlıcası, bu təcrübənin onlara “Həyatımdan nə istəyirəm?” sualına cavab verməyə kömək edəcəyini ümid edirdik.

Əslində, biznesin necə işlədiyini öyrənmək hər kəs üçün faydalıdır. Özəl şirkət, şöbə və ya komanda daxilində karyera qurmaq (və ya məhv etmək), həmkarlarının nə ilə məşğul olduqlarını dərk etmədən çox asandır. Biznesə rəhbərlik etmək və uzun müddət ərzində onun inkişafına töhfə vermək əvəzsiz təcrübədir. Məncə, dünya görüşünü genişləndirmək və yeni bacarıqları möhkəmləndirmək üçün daha yaxşı bir yol yoxdur.

Əlbəttə ki, mən sizi işinizi atıb biznes qurmağa çağırmıram. Lakin əminəm ki, insanlar təşkilatın müxtəlif sahələrində – müştərilərlə qarşılıqlı əlaqə, maliyyə məsələlərinin həll edilməsi və başqalarının əməyinin qiymətləndirilməsi barədə müəyyən fikrə sahibi olmalıdırlar. Bunu etmək üçün biznesə başlamaq mütləq şərt deyil – siz frilans da işləyə bilərsiniz. Təxminən 15 il əvvəl 30 hektar sahəsi olan ərazini istehsalata çevirmək üçün kiçik bir şirkət yaratmışdım. Bu praktik təcrübə mənə yerli hökumət qurumları ilə işləməyi öyrətdi.

Şirkətinizə və ya işinizə fərqli nöqteyi-nəzərdən baxmaq istəyirsinizsə, qarışıq funksionallığı olan komandaya qoşula və ya xidmət sektorunda işləyə bilərsiniz. Məsələn, əgər heç vaxt insanlarla birbaşa əlaqədə olmamısınızsa, kisik muzeydə kurator kimi işləməkdən imtina etməyin. Bundan əlavə, uşaqları yerli idman liqasında iştirak üçün hazırlaya bilərsiniz. Bir sözlə, sizə maraqlı olan işlə məşğul olun və bundan nə qədər pul qazana biləcəyinizi görün.

Qızlarımızın etdikləri də bu idi. Təcrübəli sahibkarlar kimi davranaraq, onların hər biri biznesini özlərinə maraqlı olan sahə üzrə qurmuşdu. Böyük qızım Hizer “scrapbooking” ilə məşğul olmağa başladı: insanlara ailə və şəxsi foto albomlar hazırlamağı öyrədirdi, həmçinin bununla əlaqəli məhsulları satırdı. Onun ikinci biznesi isə köhnə fotoşəkilləri rəqəmsallaşdırılması və onların rəqəmsal versiyalarının redaktə edilməsi idi. Bundan əlavə, o tələbələr üçün fərdi fortepiano dərslərini verirdi.

Onların heç biri öz layihələrindən milyonlar qazanmadı, amma bizim ideyamızın mahiyyəti bu deyildi. Şəxsi biznes kütlə qarşısında çıxış etməyi, müştərilərlə ünsiyyət yaratmağı öyrədir, maliyyələşdirmə və marketinq haqqında yeni biliklər əldə etmək imkanını verir.

Təbii ki, onlar müəyyən çətinliklərlə üzləşdi, lakin mən və həyat yoldaşım vaxtın planlaşdırılması, çətin müştərilərlə ünsiyyət, maliyyə axınlarının optimallaşdırılması və digər mövzularda onlara kömək etməyə hazır idik. Uşaqlarım özləri də etiraf edirlər ki, şəxsi biznes hesabına onlar həyatda nə ilə məşğul olmaq istədiklərini başa düşdülər.

Hər iki qızım bakalavr və hətta magistr diplomunu alsa da, əsas fəaliyyət sahələri yenə də biznesdir. Rakel yaratdığı musiqi studiyasını 40 nəfərə qədər genişləndirdi. Hizer universitetdə əldə etdiyi biliklərdən istifadə edərək, papaqlar üçün kokardların istehsalı və satışı şirkətinə rəhbərlik edir. Əslinə o, öz sahəsində dünya səviyyəsinə çatıb. Onun kokardları daim tarixi rekonstruksiyalarda, o cümlədən filmlərin çəkilişlərində istifadə olunur.

Çox ehtimal ki, valideynləriniz sizə sahibkarlıqla məşğul olmağı təklif etməmişdilər. Ən azından, çərçivədən kənara çıxmağa və yeni bir şey etməyə çalışın. Bunun üçün işdən çıxmağa yoxdur, sadəcə həyatınıza yeni fəaliyyət sahəsi – kommersiya və ya könüllülük əlavə edin. Bütün enerjinizi düzgün istiqamətdə yönəldərək, sizə maraqlı olan sahələrdə çoxşaxəli təcrübə qazanın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər