17 C
Baku
Friday, May 3, 2024

“Nokia” Rusiyaya avadanlıq ixrac etmək üçün lisenziya alıb

Finlandiyanın telekommunikasiya avadanlığı istehsalçısı “Nokia” Rusiyaya avadanlıq tədarük etmək üçün ABŞ və Finlandiya hakimiyyət orqanlarından icazə alıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Məlumata görə, “Nokia” lisenziya almaq üçün həm ABŞ, həm də Avropa tənzimləyicilərinə müraciət göndərib. Bunlardan yalnız biri təsdiq alıb, qalanları “gözləmə” statusundadır.

“Nokia”nın ixrac lisenziyaları üçün ABŞ və Finlandiyaya üz tutması faktı noyabrın əvvəlində məlum olub. Rusiyanın Ukraynada xüsusi əməliyyatına başladıqdan sonra Qərb ölkələri Rusiya Federasiyasına yüksək texnologiyalar ixracına təsir edən sanksiyalar tətbiq edib.

Aprelin 12-də “Nokia” Rusiyada biznesini davam etdirməyi qeyri-mümkün hesab etdiyini bildirib. Şirkət tədarükləri dayandırdığını və məhdud tədqiqat və inkişaf fəaliyyətini ölkə xaricinə köçürməyə başladığını açıqlayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər