15 C
Baku
Friday, May 3, 2024

Nokia şirkətinə yeni rəhbər təyin edildi

Verilən məlumatlara görə, 1 maydan etibarən Nokia şirkətinin rəhbəri əvvəllər NSN şirkətinin şəbəkə avadanlıqları bölməsinə rəhbərlik etmiş Raciv Suri olacaq. 

O Nokia şirkətinin Microsoft şirkətinə satılması elan edildikdən dərhal sonra CEO təyine dilmiş Risto Silasmanı əvəz edəcək. Qeyd edək ki, müqavilə 25 apreldə tamamlandı və artıq bölmə Microsoft Mobile adlandırılacaq.

Nokia şirkəti kadr dəyişikliyi ilə yanaşı kapital strukturunun 5 milyard avro həcmində optimallaşdırma proqramını da təqdim etdi. Bu proqram 1,8 milyard avro dəyərində dividentlərin paylanmasını, 1,25 milyard avroluq səhmlərin geri alınmasını və iki il ərzində şirkətin borclarını 2 milyard avro həcmində azaltmağı nəzərdə tutur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər