Finlandiyanın “HMD Global” şirkəti 2026-cı ildə lisenziya müqaviləsi başa çatana qədər “Nokia” düyməli telefonlarının son nostalji seriyasını buraxmağa hazırlaşır.
Qarşıdan gələn modellər – “Nokia 3510 4G”, “Nokia 5710XA 4G” (2025), “Nokia 130 Music” (2G), “Nokia 150 Music” (2G) və “Nokia 8310 4G” sanki 2000-ci illərin əvvəllərinə bir geridönüşdür.
Bildirilir ki, yeni “Nokia”lar smartfonlar deyil, sadə düyməli cihazlar olacaq.