12 C
Baku
Saturday, November 23, 2024

“NORM” mənfəətini bölüşdürəcək

“NORM” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağının iclası 05 avqust 2024-cü il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Cəmiyyətin 2023-cü il üçün həyata keçirilmiş audit yoxlamasına əsasən illik maliyyə nəticələrinin təsdiq edilməsi və xalis mənfəətin bölüşdürülməsi;

2. Cəmiyyətin Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində həyata keçiriləcək tədbirlərə dair müzakirələrin aparılması.

Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər