“NORM” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbəti ümumi yığıncağının iclası 19 may 2025-ci il tarixdə saat 11:00-da AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanında keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. Cəmiyyətin 2024-cü il üçün həyata keçirilmiş audit yoxlamasına əsasən illik maliyyə nəticələrinin və idarəetmə hesabatının təsdiq edilməsi;
2. Cəmiyyətin cari fəaliyyəti ilə bağlı digər məsələlərin müzakirə edilməsi.
Ümumi yığıncağın gündəliyi üzrə əlavə məlumatları Cəmiyyətin AZ1083, Bakı Şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi (Səngərqaya-1 yolu), ev 7-ci km 1 ünvanındakı ofisində iş günləri saat 10:00-dan 17:00-dək əldə edə bilərsiniz.