Azərbaycanda ən iri sement zavodlarından biri “NORM” ASC-yə yaxın yeni şirkət təsis edilib.
Banker.az xəbər verir ki, Dövlət Vergi Xidməti “Norm Logistics” MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkət “NORM” ASC ilə eyni ünvanda, Bakı şəhəri Qaradağ rayonu, Ümid Qəsəbəsi, Salyan Şossesi, ev 7-ci km ünvanında, 10 000 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb.
“Norm Logistics” MMC-nin direktoru Rəşad Zülfüqarov Yuzil oğludur.