3 C
Baku
Saturday, December 14, 2024

“North Face” və “Timberland”in sahibi 2,1 mlrd. dollara “Supreme” brendini alacaq

“Vans”, “North Face” və “Timberland” in sahibi 2,1 milyard dollara “Carlyle” investisiya şirkətinə məxsus olan “Supreme” geyim brendini alacaq.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Verilən məlumata görə, “Carlyle” və “VF Corporation” arasındakı müqavilə proqnozlara görə 2020-ci ilin sonunda başa çatmalıdır.

Xatırladaq ki, 2017-ci ildə “Supreme” brendinin təxminən 50%-nə sahib olan şirkət, bu payı 500 milyon dollara almışdır. Yeni müqavilə sahəsində bu məbləğ ikiqat qartacaq. “Carlyle”dən başqa, “Goode Partners” və digər bir sıra investorlar səhmlərini satacaq.

Müqavilə ilə əlaqədar olaraq, VF səhmləri 8,3% artım göstərib. Proqnozlara görə, növbəti maliyyə ilində “Supreme” ən az 500 milyon dollar gəlir gətirəcək.

Qeyd edək ki, “Supreme” şirkəti 1994-cü ildə qurulub. Bu marka altında Nyu-York, Los-Anceles, London, Paris və Tokioda cəmi 12 mağaza fəaliyyət göstərir. “Supreme” şirkəti “Louis Vuitton”, “Oreo”, “Nike”, “Everlast”, “Levi’s” və “Vans” kimi tanınmış markalarla əməkdaşlıq edir.

Son xəbərlər
Digər xəbərlər