10 C
Baku
Thursday, December 12, 2024

“North West Construction” ötən il xalis mənfəətini kəskin artırıb

“North West Construction” (“Nort Vest Konstrakşn” MMC) 2022-ci ili 160.3 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bu barədə Banker.az şirkətin illik maliyyə hesabatına istinad edir.

“North West Construction”ın hesabatına əsasən onun əməliyyat gəlirləri illik müqayisədə 40% çoxdur.

Şirkətin ötən il müqavilələr üzrə xərclər və satışlarının maya dəyəri illik müqayisədə 50% artaraq $139.51 mln. təşkil edib. Şirkətin ümumi gəlirləri $19.02 mln.-dan $20.79 mln.-a yüksəlib.

Ümumi və inzibati $6.47 mln., sair əməliyyata isə $5.42 mln. xərc çəkilib ki, bu, ümumilikdə $11.89 mln.-luq xərcdir.

Beləliklə, şirkət bütün gəlir və xərclər fərqindən $5.22 milyon xalis mənfəət əldə edib. 2021-ci ildə onun xalis mənfəəti $2.81 mln. idi.

Şirkətin kapital balansında 1 yanvar 2023-cü il tarixinə $9.12 mln.-luq illərin yığılmış mənfəəti var.

“North West Construction” 2007-ci ildən təsis edilib. Şirkət həm Azərbaycanda, həm də bir çox xarici ölkələrdə həyata keçirdiyi inşaat və mühəndislik şirkətinə çevrilib.

NWC şirkətinin portfelində yer alan görkəmli layihələrə misal olaraq: Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) dəhlizi 2 Qaraqalpaqstan yolu layihəsi (A380 Kunqraddan Daut-Ata bölməsinə – 240 km); Gədəbəy, Tərtər və Qazax şəhərlərində ÇSTQ-ın tikintisi; Tovuz yol inşaatı; Tovuz Suvarma və Su Paylama Sistemləri boru kəməri; “Gəncə Mall” ticarət mərkəzi; Bravo hipermarketlər və Bravo paylama anbarı; Sumqayıt Tütün Fabriki kimi layihələri göstərmək olar. NWC həmçinin Port Baku Towers; Port Baku Residence; Bakı Ağ Şəhər – “Knights Bridge” yaşayış kompleksi; Ritz-Carlton Hotel; One & Only Resort Portonovi – Monteneqro; “Cənubi Əl Mutlala” mənzil layihəsi – Küveyt; Baku Boulevard Hotel; Baku Intourist Hotel; “Pik Palace Şahdağ Hotel” layihələrində iştirak edib.

2343243223

Son xəbərlər
Digər xəbərlər