5 C
Baku
Saturday, December 14, 2024

Norveç əcnəbilər üçün qapalı qalacaq

Norveç hökumətinin ölkəyə giriş məhdudiyyətləri ilə bağlı qərarı mayın 24-dək qüvvədə qalacaq.

Sonradan bu məhdudiyyətlərin müddətinin daha da uzadılacağı güman edilir.

Norveç hökuməti öz qərarını onunla əsaslandırır ki, krallığın özündə pandemiyanın aşağı düşməsinə baxmayaraq, hazırda dünyadakı ciddi epidemioloji vəziyyət ölkəyə girişdə ciddi məhdudiyyətlərin qüvvədə saxlanmasını tələb edir.

Ədliyyə və fövqəladə hallar naziri Monika Mulandın sözlərinə görə, dünyada baş verən hadisələri diqqətlə izləyən hökumət gələcəkdə də giriş məhdudiyyətlərinin vəziyyətə uyğunlaşdırılmasını təmin edəcək. “Heç kim sərt giriş tədbirlərinin lazım olduğundan daha çox uzanmasını istəmir”, – deyə o bəyan edib.

Qeyd edək ki, mövcud giriş məhdudiyyətləri əcnəbilərin krallığa girişini demək olar tamamilə qadağan edir. Norveçə daxil olmağa icazə yalnız təcili giriş ehtiyacını təsdiqləyən dəlillər təqdim edən şəxslərə verilir. Qalan hallarda sərhədlər bütün əcnəbilər üçün bağlı qalır. Norveç hökumətinin saytında əcnəbilərə mövcud məhdudiyyətlər fonunda ölkəyə girişə imkan verən səbəb və peşələrin siyahısı yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər