22 C
Baku
Saturday, April 20, 2024

Norveç böhrandan çıxmaq üçün neft ehtiyatlarından rekord $50 mlrd. xərcləyəcək

Norveç Dövlət Pensiya Fondu (GPFG) koronavirus pandemiyasından sonra ölkənin iqtisadi bərpasına rekord 50 milyard dollar xərcləyəcək. Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Qeyd edək ki, GPFG dünyanın ən böyük suveren sərvət fondudur.
Bildiyimiz kimi, Norveçin “neft anbarı” əsasən neft və qaz ilə doldurulur. Karbohidrogen istehsalı və satışı onilliklər ərzində ölkəyə təxminən 1.3 trilyon dollar qazandırıb. Bu gün GPFG dünyada qeydiyyatdan keçmiş bütün şirkətlərin səhmlərinin təxminən 1.5%-nə sahibdir, fondun orta gəliri isə 6.1%-ə bərabərdir. “Bloomberg” agentliyinin verdiyi məlumata görə, 2020-ci ildə neft-qaz fondu Skandinaviya iqtisadiyyatını pandemiyanın ən pis təsirlərindən qoruya bilib.
Norveç Maliyyə Nazirliyi fonddan ayrılan pulların ölkənin tez bir zamanda bərpa olmasına kömək edəcəyini qeyd edib. Hesablamalara görə, bu il Norveçin ÜDM-si ildə 2.5% düşdükdən sonra 3.7% artacaq. Xüsusilə hökumət ayrılan vəsaitin bir hissəsini yaşıl iqtisadiyyatın inkişafına və işsizliyə qarşı mübarizəyə sərf edəcək.
2020-ci ilin sonunda GPFG 123 milyard dollar mənfəət əldə edib. Fondun gəlirliliyi illik 10.9% təşkil edib. “Apple”, “Microsoft”, “Tesla”, “Alphabet” və “TSMC”nin ən böyük səhmdarlarından biri olan bu fond onlardan 30 milyard dollar vəsait toplayıb.
2021-ci ilin yanvar ayının sonunda GPFG-nin karbohidrogen kəşfiyyatı və istehsalı ilə məşğul olan şirkətlərə investisiyalardan imtina edəcəyi məlum olub. Fond bu qərara neft və qaz şirkətlərinin portfelindəki zərərləri səbəbindən gəlib. Keçən il onlar fonda 10 milyard dollar zərər gətirib.
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər