17 C
Baku
Friday, May 3, 2024

Norveç də “faiz artıranlar” klubundadır – inflyasiyanı səngitmək üçün faizləri yüksəldib

Norveçin Mərkəzi Bankı (Norges Bank) əksər iqtisadçıların gözlədiyi kimi, cümə axşamı günü uçot faiz dərəcəsini 50 baza bəndi artıraraq 2.25%-ə qaldırdı, amma gələcək artımların daha “tədrici” olacağını və tac valyutasını zəiflətəcəyini bildirildi.

Banker.az xəbər verir ki, bu barədə mərkəzi bankın press-relizinə istinad edir.

Norges Bank noyabr ayında yenidən artım olacağını deyir.

Mərkəzi Bankın pul siyasəti komitəsi avqust ayında verdiyi siqnala uyğun olaraq uçot dərəcəsini 1.75%-dən 2.25%-ə qaldırdı. 50 baza bəndində artım sonunu dəfə 2011-ci ilin dekabrında edilmişdi.

Bu artım bütün dünya üzrə mərkəzi bankların artan inflyasiyanın qarşısını almaq üçün mübarizə apardığı bir vaxta təsadüf edir.

“Faiz dərəcəsi, çox güman ki, noyabr ayında daha da artırılacaq”, – deyə, Norges Bankın açıqlamasında deyilir.

2011-ci ildən bəri ən yüksək həddə çatan nisbətin qarşıdan gələn qışda uçot faiz dərəcəsini təxminən 3%-ə qədər artacağı gözlənilir və bank proqnozların “normaldan daha qeyri-müəyyən” diqqətə çatdırır.

Requlyatoru bildirib ki, uçot faiz dərəcəsi bir il əvvəl sıfır olub və artımlar indi Skandanaviya ölkəsinin iqtisadiyyatına sərtləşdirici təsir göstərməyə başlayıb.

Tac təsvirli norveç valyutasının məzənnənin açıqlanmasından sonra dollara qarşı itirdiyi dəyəri bir qədər bərpa edib. 1 dollar hazırda 10.3451 norveç kronası (NOK) təşkil edir. USD/NOK cütlüyünün məzənnəsi üçün bu böyük maksiumum deyil. NOK/USD indiyə qədər 12.00 səviyyələrinin üstünə qalxa bilib.

EUR/NOK isə bu gün 0.50% bahalaşaraq 10.2248 səviyyələrinə yüksəlib.

Qeyd edək, FED ilə yanaşı İsveçrə Milli Bankı uçot faiz dərəcəsini 75 baza bəndi artırmaqla 2011-ci ildən bu tərəfə ilk dəfə müsbət zonaya çıxardı.

Norveçdə baxmayaraq ki hökumət artan elektrik ödənişlərini qismən məhdudlaşdırıb avqust ayında istehlak qiymətləri illik müqayisədə 6.5% artıb. Enerji istisna olmaqla əsas inflyasiya 4.7% təşkil edərək mərkəzi bankın 2.0% hədəfini üstələyib.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər