13 C
Baku
Saturday, November 23, 2024

Norveç Mərkəzi Bankı sərt pul siyasətində tempi azaldır

Norveçin Mərkəzi Bankı –  Norges Bank cümə axşamı öz proqnozlarına uyğun olaraq uçot faiz dərəcəsini 25 baza bəndi artıraraq 2.50%-ə qaldırıb.

Banker.az xəbər verir ki, iqtisadçıların proqnozlaşdırdığından daha az oldu və bu, “tac” ləqəbli valyutanın zəifləməsinə səbəb oldu. Birjalar uçot faiz dərəcəsinin 2.75%-ə çatdırlacağını proqnoz edirdi.

Əvvəlki iclaslarda 50 baza bəndi artımına üstünlük verən Norges Bank, indi 5%-dən çox olan inflyasiya ilə mübarizə aparmaq üçün dekabrda borclanma xərclərini yenidən artıracağını və bu, hədəf nisbətindən iki dəfə çox olduğunu bildirir.

“İnflyasiyanın qarşısını almaq üçün uçot faizini artırırıq”, deyə, Mərkəzi Bank sədri İda Uolden Baç açıqlamasında deyib.

“Komitənin risklərin perspektivi və tarazlığı ilə bağlı hazırkı qiymətləndirməsinə əsasən, siyasət faizi böyük ehtimalla dekabr ayında daha da artırılacaq”, – bankın açıqlamasında deyilir.

“Faiz dərəcəsinin gələcək yolu iqtisadiyyatın necə inkişaf edəcəyindən asılı olacaq.”

Norveç valyutası kronun məzənnənin bu açıqlama ardından bir qədər əvvəl  avroya qarşı (əsas ticarət tərəfdaşı olduğu üçün avro əsas götürülür) 10.28 krondan 10.33 krona düşdü.

Amma “Nordea Markets” bildirib ki, 25 baza bəndinin artırılması Norges Bank-ın planına sadiq qalması deməkdir.

Çərşənbə günü ABŞ Federal Ehtiyat Sistemi faiz dərəcələrini 75 baza bəndi artırdı və inflyasiya ilə mübarizəsinin borclanma xərclərinin daha da artmasını tələb edəcəyini, eyni zamanda sərtləşdirmə kampaniyasının dönmə nöqtəsinə yaxınlaşa biləcəyinə işarə etdiyini bildirdi.

Sentyabrda Norveçdə əsas inflyasiya illik müqayisədə 5.3% səviyyəsinə yüksələrək, qida və içkilərin qiymətində 12.1% artımın başçılığı ilə analitiklərin 4.9%-lik orta proqnozunu üstələyib.

Norges Bank zamanla 2.0% baza inflyasiyasını hədəfləyir.

Son xəbərlər
Digər xəbərlər