15 C
Baku
Monday, May 6, 2024

Norveç NATO helikopterləri üçün verdiyi pulu geri istəyir

NATO-nun qurucu üzvlərindən biri olan Norveç “NH-90” hərbi helikopterləri ilə bağlı 2001-ci ildə bağlanmış müqaviləni ləğv edib.

Bu barədə ölkənin müdafiə naziri Byorn Arild Qram keçirdiyi mətbuat konfransında açıqlayıb.

Hərbi alyansın tələblərinə cavab vermək üçün xüsusi olaraq hazırlanmış model çoxsaylı qüsurlara və gecikmələrə görə Norveç hərbçiləri tərəfindən qeyri-qənaətbəxş hesab olunub.

Model “heç vaxt Norveç Silahlı Qüvvələrinin tələblərini yerinə yetirə bilməyəcəyi” üçün Oslo indiyə qədər ödədiyi təxminən 500 milyon avronun geri qaytarılmasını istəyir.

Artıq Norveçə çatdırılan helikopterlərin fəaliyyəti dərhal dayandırılıb. Maşınlar istehsalçıya, Fransada yerləşən “NHIndustries” çoxmillətli şirkətinə qaytarılacaq.

Almaniyanın “Die Welt” nəşri Oslonun ABŞ-dan əvəzləyici axtardığını yazıb.

Hesabatda Norveç ordusunun “NH-90” ilə bağlı yekun qərarı həm modelin özü, həm də onu istehsal edən şirkət üçün “zərərli” qərar kimi təsvir edilib.

1990-cı illərdə “NHIndustries” tərəfindən istehsal olunan “NH-90” dəniz helikopterləri bir çox ölkə tərəfindən istifadə olunur.

Norveç 2001-ci ildə sahil mühafizəsi üçün 14 “NH90” dəniz helikopteri sifariş etmişdi. Bildirilib ki, 2008-ci ildə təhvil verilməsi planlaşdırılan helikopterlərdən yalnız səkkizi tam işlək vəziyyətdədir.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər