Norveç ölkəyə gələnlərlə bağlı bir məhdudiyyəti aradan qaldırıb.
Bu gündən etibarən krallıq ərazisinə daxil olan şəxslər 10 gün məcburi karantində qalmalı olmayacaqlar. İndiyə qədər məcburi karantin tam vaksinasiya olunduğuna və ya xəstəliyi keçirdiyinə dair sertifikatı olmayan şəxslərə şamil edilirdi.