20 C
Baku
Thursday, May 2, 2024

Norveç şirkəti Azərbaycanda yeni təsisat açıb

Norveçin neft servis şirkəti  “Enhanced Drilling” Azərbaycanda yeni emalatxana və ofis açıb.

Banker.az Reporta istinadən xəbər verir ki, bu barədə şirkət məlumat yayıb.

Yeni emalatxana Slayan şosesinin 22-ci km-də yerləşir və 2 355 kv. metr sahəni əhatə edir. Yeni emalatxana şirkətin Bakıda yerləşən köhnə emalatxanasından 3 dəfə böyükdür.

Qeyd edək ki, “Enhanced Drilling” şirkətinin baş ofisi Norveçdə yerləşir. Şirkətin Böyük Britaniya, ABŞ, Avstraliya, Azərbaycan, Malayziya və Kanadada təsisatları var.

Son xəbərlər
 ⁠
Digər xəbərlər