16 C
Baku
Thursday, May 2, 2024

Norveç Ukraynaya silah üçün maddi yardım ayırır

Norveç Böyük Britaniyanın Ukrayna üçün silah almaq təşəbbüsünə 400 milyon kron ayıracaq.

Bu barədə “Aftenposten” nəşri məlumat yayıb.

“Ukrayna qüvvələrinin şərq və cənubdakı hücumlara tab gətirmək üçün daha çox silaha ehtiyacı olacaq. Onlara daha ağır və təkmil silah sistemləri lazım olacaq. Norveç üzərinə düşəni edir”, – Norveçin Baş naziri Yonas Qar Styore bildirib.

Onun sözlərinə görə, Ukraynaya daha ağır silahların birbaşa tədarükü davamlı olaraq nəzərdən keçirilir. Onlar təhlükəsizlik baxımından əvvəlcədən elan edilməyəcək.

“Biz artıq Ukraynaya 4 min M72 tank əleyhinə raket və 100-ə yaxın “Mistral” zenit raketi təhvil vermişik. Bundan əlavə, Norveç geyim və avadanlıq təhvil verib”, – Styore deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər