13 C
Baku
Saturday, November 23, 2024

Norveçdə dünyada ilk dəfə olaraq “zamansız zona” yaradıla bilər

Norveç adası 2019-cu ilin mayın 18-dən iyulun 26-na kimi zamandan imtina etmək istəyir.

Banker.az bildirir ki, bu haqda CNN xəbər verir.

Sommarey (Sommarøy) adasının sakinləri özlərini “zamansız zona” elan etməyə hazırlaşırlar. Qeyd edək ki, adanın adı tərcümədə “yay adası” deməkdir.

Noyabr ayından yanvar ayına kimi adada qütb gecəsi davam edir, bu səbəbdən onlar yay aylarından maksimum dərəcə istifadə edərək saata fikir vermirlər.

“Bizdə həmişə gündür və biz buna uyğun yaşayırıq”, – deyə ada sakinlərindən biri olan Kyel Uve Xvedinq qeyd edir. – Məsələn, gecə saat 2-də uşaqların futbol oynamasını müşahidə edə bilərsiniz”.

Bu təşəbbüsün praktiki və hüquqi məsələlərinin yaxın zamanlarda müzakirə edilməsi planlaşdırılır.

 

Son xəbərlər
Digər xəbərlər