7 C
Baku
Sunday, December 15, 2024

Norveçin ehtiyat fondunun həcmi 1 trilyon dollara çatıb

Banker.az Reuters agentliyinə istinadən xəbər verir ki, Norveçin Suveren fondunda vəsaitlərin həcmi 1 trilyon dollar rekord göstəriciyə çatıb.

İlk dəfə fondun ehtiyatlarından 2016-cı ildə büdcə kəsrini aradan qaldırmaq üçün istifadə olunub. Həmin il Norveç büdcəsi 20 il ərzində ilk dəfə defisit ilə üzləşib.

Bunun ardınca Norveç Mərkəzi bankının rəhbəri ölkə rəhbərliyi büdcə kəsrini qapamaq üçün vəsait cəlb etməyə davam etdiyi halda, ehtiyat fondunun anidən boşala biləcəyi imkanları barədə xəbərdarlıq etmişdi. Onun qiymətləndirməsinə görə, fond 10 il ərzində vəsaitlərinin təqribən 50%-ni itirə bilərdi.

Norveç rəhbərliyi isə öz növbəsində fonddan cəlb edilən vəsaitlərin faizini 3% səviyyəsində məhdudlaşdırmaq barədə qərar qəbul etdi.

Son xəbərlər
Digər xəbərlər