9 C
Baku
Thursday, December 12, 2024

Norveçlə Rusiya arasındakı gərginlik aradan qalxıb

Norveç Rusiya ilə Şpitsbergen adasına görə yaranan gərginliyin aradan qalxdığını bildirib.

Adadakı rus şaxtaçılara göndərilən yüklərin Norveç sərhədini keçməsinə icazə verilib. Artıq yüklərin böyük hissəsi avtomobillərdən gəmiyə yüklənərək adaya yola salınıb. Norveç Xarici İşlər Nazrirliyi məsələnin müsbət yöndə həll olunmasını təqdir edib.

Qeyd edək ki, Şpitsbergen adası Norveçin ərazisi olsa da, 9 fevral 1920-ci ildə Parisdə imzalanmış Şpitsbergen paktına görə Rusiya adada iqtisadi fəaliyyət həyata keçirə bilər.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər