Norveçin nəqliyyat və kommunikasiya naziri Ketil Sulvik-Olsen həyat yoldaşı karyera qura bilsin deyə, öz nazir postundan istefa verib.
“İnerfax”a istinadən, nazirin xanımına ABŞ-ın iri bağçalarından birində iş təklif ediblər.
Bu mənada, həyat yoldaşının Amerikaya gedib işləyə bilməsi üçün norveçli nazir xanımının bu cür “fantastik imkanı” mütləq dəyərləndirməli olduğunu bildirib.
“Həyat yoldaşım mənə görə özünü qurban verib, indi isə eyni şeyi onun üçün etməkdə mənim növbəmdir”, – deyə Sulvik-Olsen vurğulayıb.
Norveçli nazirin bu addımı sosial şəbəkələrdə hamı tərəfindən təqdir olunub və Ketil Sulvik-Olsen digər kişilər üçün nümunə göstərilib.