10 C
Baku
Thursday, December 12, 2024

“Novatek” ilə “Saudi Aramco” birgə investisiyalar həyata keçirəcək

Rusiyanın ən iri özəl qaz istehsalçısı olan “Novatek” şirkəti Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” ilə əməkdaşlıq edəcək.

Bu barədə “Novatek” məlumat yayıb. Bildirilir ki, “Novatek” ilə “Saudi Aramco” arasında birgə əməkdaşlığı nəzərdə tutan müqavilə imzalayıb. Müqaviləyə əsasən, iki şirkət beynəlxalq qaz layihələrində birgə əməkdaşlıq edəcək və ortaq investisiyalar həyata keçirəcək.

Qeyd edək ki, “Novatek” şirkəti Rusiyanın “Yamal LNG” mayeləşdirilmiş təbii qaz (LNG) layihəsinin əsas səhmdarıdır. Havanın temperaturunun mənfi 50 dərəcəyə çatdığı, Rusiyanın Şimal Qütbündəki Yamal yarımadasında yerləşən Sabetta qəsəbəsində reallaşdırılacaq “Yamal” LNG layihəsi qütbdə həyata keçirilən ilk LNG müəssisəsi olacaq. “Yamal” LNG layihəsinin təxminən 2 ilə başa çatdırılması nəzərdə tutulur.

Dünyanın ən böyük sənaye müəssisələrdən biri olacaq, eyni zamanda, da ilk dəfə buzqıran tankerlərin istifadə ediləcəyi bu böyük layihə üzrə hər biri illik 5,5 milyon ton LNG istehsal etmək gücünə malik üç hissədən ibarət zavod inşa ediləcək. Layihə tamamlandıqdan sonra buranın ümumi gücü ildə 16,5 milyon tona çatacaq.

“Yamal LNG” layihəsində “Novatek”in 50,1 faiz, Fransanın “Total” və Çinin “CNPC” şirkətlərinin hər birinin 20 faiz, Çin İpək Yolu Fonunun isə 9,9 faiz payı var.

“Saudi Aramco” isə səhmdar cəmiyyətinə çevrilir. Şirkət qarşıdakı 10 ildə layihələrinə 414 milyard dollar xərcləyəcək. Gündəlik 10 milyon barreldən çox xam neft istehsal edən “Aramco” dünya üzrə neft hasilatının 12 faizini həyata keçirir. Eyni zamanda, şirkət Səudiyyə Ərəbistanının büdcə gəlirlərinin üçdə ikisini təmin edir.

Şirkətin 5 faizlik səhmlərinin bu il satışa çıxarılması nəzərdə tutulur. Bu satışdan sonra şirkətin dəyərinin 2 trilyon dollara çatacağı proqnozlaşdırılır. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb.

Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zəhra şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə 51 min Səudiyyə Ərəbistanı vətəndaşı, 10 min 254 nəfər isə əcnəbi çalışır.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər