13 C
Baku
Friday, November 22, 2024

Növbəti il Naxçıvana büdcədən 150 mln. manat ayrılması proqnozlaşdırılır

Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin icrası məqsədilə 150 milyon manat məbləğində vəsaitin qarşılanması üçün 2025-ci ilin dövlət büdcəsi layihəsində maliyyə təminatı yaradılıb.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd edilib ki, yenilənmiş makroiqtisadi proqnozlara əsasən qeyri-neft/qaz gəlirlərinin artımı və büdcə qaydası üzrə təklif olunan trayektoriya əsasında genişlənmiş ortamüddətli resurs zərfi ölkənin müdafiə və milli təhlükəsizlik qabiliyyətinin gücləndirilməsi, sosial-iqtisadi inkişaf Strategiyasının və Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqram”nın, dövlət borcuna xidmətlə bağlı xərc ehtiyaclarının qarşılanmasına imkan verir.

Son xəbərlər
Digər xəbərlər