9 C
Baku
Thursday, December 12, 2024

Növbəti ildə ölkədə velosiped və skuter istifadəsi daha da genişləndiriləcək

Növbəti ildə yeni marşrut xəttinin tətbiqinə başlanılacaq və bunun üçün pilot zona müəyyənləşəcək. Bundan başqa, növbəti ildə sərnişin daşımalarında daşıyıcılarda yeni maliyyə modelinin pilot layihəsi tətbiq ediləcək.

Bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə heyətinin sədri Anar Rzayev Azərbaycanda mobilliyin transformasiyası proqramının təqdimatı zamanı deyib.

O bildirib ki, növbəti ildə həmçinin bir sıra infrastruktur layihələrin icrasına başlanılacaq: “2024-cü ildə şəhər “darboğazlarının” həll edilməsi üçün infrastruktur layihələrinin icrasına başlanılacaq və hərəkətin yenidən təşkili layihələri icra ediləcək”.

“Bundan başqa, növbəti ildə taksi xidmtələrinin keyfiyyəti artırılacaq, velosiped və skuter istifadəsi daha da genişləndiriləcək”, – deyə o əlavə edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər