18 C
Baku
Wednesday, May 29, 2024

Novruz Məmmədov daha bir vəzifəsindən azad edildi

Sabiq baş nazir, professor Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən azad edilib.

Məlumata görə, N.Məmmədov ötən ay işdən azad olunmaq üçün öz ərizəsi ilə universitetin rektoru Kamal Abdullaya müraciət edib.

ADU-nun mətbuat katibi Cavid Zeynallı faktı təsdiqləyib. O bildirib ki, hələ sözügedən vəzifəyə yeni təyinat olmayıb.

Qeyd edək ki, N.Məmmədov uzun illər Azərbaycan Prezidentinin Administrasiyasında şöbə müdiri vəzifəsində çalışıb. O, Azərbaycanın 10-cu Baş naziri olub.

MənbəREPORT
Son xəbərlər
 ⁠
Digər xəbərlər