9 C
Baku
Friday, December 13, 2024

Noyabrda Azərbaycanın ticarətində müsbət saldo $2.36 milyarda qədər artdı

2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 107 ölkəyə məhsul ixrac olunmuş, 173 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 19894.2 milyon ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 11 126.8 milyon dollarını və ya 55.9 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 767.4 milyon dollarını (44.1 faizini) isə idxal məhsullarının dəyəri təşkil etmiş, nəticədə 2 359.4 milyon dollar (cari ilin yanvar-oktyabrında bu 2 183.3  mln. dollar idi )məbləğində müsbət saldo yaranmışdır. 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27.5 faiz, real ifadədə 21.7 faiz, o cümlədən idxal 37.6 faiz, ixrac isə 10.4 faiz azalmışdır.

2020-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8.2 faiz, real ifadədə isə 17.7 faiz azalaraq 1444.4 milyon dollar təşkil etmişdir.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 31.7 faizini İtaliyaya, 19.0 faizini Türkiyəyə, 4.6 faizini Rusiyaya, 3.7 faizini Xorvatiyaya, 3.5 faizini Yunanıstana, hər biri 3.4 faiz olmaqla Çin, Hindistan və İsrailə, 3.3 faizini Gürcüstana, 2.7 faizini İspaniyaya, 2.6 faizini Ukraynaya, 2.4 faizini Tunisə, 1.9 faizini Almaniyaya, 1.8 faizini Çexiyaya, 1.4 faizini İsveçrəyə, 11.2 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (38.1 faiz), Türkiyəyə (19.8 faiz), İsveçrəyə (12.2 faiz), Gürcüstana (7.6 faiz), Çinə (2.4 faiz), Ukraynaya (2.4 faiz), İtaliyaya (1.8 faiz), İrana (1.7 faiz), Qazaxıstana (1.5 faiz), ABŞ-a (1.2 faiz),   Almaniyaya (1.0 faiz), Belarusa (1.0 faiz) göndərilmiş malların payı üstünlük təşkil etmişdir.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18.6 faizi Rusiya, 14.5 faizi Türkiyə, 13.1 faizi Çin, 6.5 faizi ABŞ, 5.3 faizi Almaniya, 4.0 faizi Ukrayna, hər biri 3.9 faiz olmaqla Fransa və İtaliya, 2.8 faizi Birləşmiş Krallıq, 2.7 faizi İran, 1.8 faizi Yaponiya, 1.7 faizi Koreya, 21.2 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşmüşdür.

2020-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4.1 faiz, kartof – 31.7 faiz, meyvə və tərəvəz şirələri – 20.7 faiz, bitki yağları – 51.1 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 20.7 faiz, pambıq lifi – 11.4 faiz, polietilen – 15.6 faiz, qara metallardan borular – 1.9 dəfə, bentonit gili – 3.8 faiz artmış, təzə meyvə ixracı isə 13.0 faiz, şəkər – 30.0 faiz, tütün – 26.1 faiz, çay – 5.5 faiz, meyvə və tərəvəz konservləri – 0.2 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 59.0 faiz, emal olunmamış alüminium – 22.4 faiz, pambıq ipliyi – 35.6 faiz, qara metallardan yarımfabrikatlar – 54.8 faiz azalmışdır.

 

2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2020-ci ilin yanvar-oktyabr aylarında bitki yağları idxalı 8.8 faiz, təzə meyvə – 13.2 faiz, kərə yağı, digər süd yağları və pastaları – 22.9 faiz, çay – 2.1 faiz, mal əti – 17.6 faiz, təzə tərəvəz – 37.5 faiz, minik avtomobilləri – 24.8 faiz, dərman vasitələri – 46.0 faiz, hesablama maşınları, blok və qurğuları – 23.3 faiz, qara metallardan çubuqlar – 1.6 dəfə artmış, buğda idxalı isə 16.7 faiz, xam şəkər və şəkər – 18.1 faiz, kartof – 9.8 faiz, quş əti və onun əlavə məhsulları – 20.5 faiz, siqaretlər – 75.4 faiz, qara metallardan borular – 20.2 faiz, polad prokatı – 8.8 faiz, mineral gübrələr – 5.2 faiz, rezin şinlər – 17.8 faiz, mebellər – 23.8 faiz, yük avtomobilləri – 7.8 faiz, məişət kondisionerləri – 33.0 faiz, polietilen – 24.2 faiz, paltaryuyan maşınlar – 3.7 faiz, qara metallardan künclüklər – 12.0 faiz, avtobuslar – 64.6 faiz, məişət soyuducuları – 7.4 faiz, sement və sement klinkerləri – 25.9 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər