“İxrac icmalı”nın dekabr sayına əsasən, 2021-ci ilin ilk 11 ayı ərzində Azərbaycanın ixracı 19,8 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 2,4 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 720,8 mln. ABŞ dolları və ya 44% artıb. 2021-ci ilin 11 ayı ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 258,8 min ABŞ dolları artaraq 549,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, pambıq lifi 70,2%, alüminium və ondan hazırlanan məmulatlar 69,3%, şəkərdə isə 29,8% artım qeydə alınıb.
2021-ci ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (187,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (184,7 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (140,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.
2021-ci ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (37 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (27 milyon ABŞ dolları) ikinci və karbamid (23,6 milyon ABŞ dolları) üçüncü olub.