ABŞ Federal Ehtiyat Sistemi (FED) sentyabrda uçot dərəcəsini 25 baza bəndi azaldacaq. Banker.az xəbər verir ki, bu barədə cümə gününə aid qeydlərdə “Barclays” və “BNP Paribas” hesab edirlər və səbəb kimi FED sədri Cerom Pauellin Cekson Holl iqtisadi simpoziumundakı çıxışında əmək bazarında artan risklərə diqqət yetirməsi göstərilib
”Barclays” əvvəlcə 2026-cı ilin sentyabrına proqnozlaşdırdığı endirimi 2025-ci ilin sentyabrına çəkib. Bankın iqtisadçıları (C. Milların rəhbərliyi ilə) qeyd ediblər ki, Pauellin çıxışı “yumşaltma meylini” ortaya qoyub və endirim etməmək üçün daha yüksək əsas yaradıb. Nəticədə “Barclays” bu il sentyabr və dekabrda iki dəfə 25 baza bəndi (0.25 faiz bəndi) azalma gözləyir.
“BNP Paribas” da uzun müddətli “sabit saxlama” proqnozunu dəyişib və sentyabr və dekabrda endirim gözlədiyini açıqlayıb. Bankın iqtisadçıları (K. Tse rəhbərliyi ilə) yazıblar ki, “Pauell aydın şəkildə bildirdi: FED sentyabrda ‘incə tənzimləmə’ xarakterli dərəcə azaldılması edəcək, yalnız göstəricilər əksini göstərsə bundan imtina oluna bilər”.
Pauell Cekson Holldakı çıxışında FED-in reaksiyasının dəyişdiyini, əmək bazarı risklərinə daha çox önəm verildiyini vurğulayıb: “Bu qeyri-adi vəziyyət məşğulluq üçün aşağı istiqamətli risklərin artdığını göstərir”. O, bu risklərin işdən çıxarmalar və işsizlikdə kəskin artım formasında sürətlə reallaşa biləcəyini də xəbərdarlıq edib.
“Deutsche Bank” da cümə gününə aid qeyddə əvvəl yalnız dekabr üçün nəzərdə tutduğu azaldımı dəyişib və artıq sentyabr və dekabrda hərəyə 25 baza bəndi olmaqla iki endirim gözlədiyini açıqlayıb.
Hazırda Banker.az tərəfindən də sıx izlənilən “CME FedWatch Tool”un svop bazarları gpstəricisi sentyabr iclasında uçot dərəcəsinin 0.25 faiz bəndi endiriləcəyinə 87% ehtimal verir. Pauellin çıxışından əvvəl bu göstərici 75% idi.
FED-in pul siyasəti üzrə komitəsi (FOMC) sentyabrın 16-17-də toplanacaq.