Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul millət vəkili Numan Kurtulmuş Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.
Banker.az “TRT Haber”ə istinadən xəbər verir ki, ,o, 7 namizəd arasından 321 səslə sədr seçilib və növbəti 5 ildə bu vəzifəni icra edəcək.
Xatırladaq ki, Türkiyədə keçirilən Prezident seçkilərindən sonra müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edirdi.