1. Mağaza Müdiri
Əmək haqqı: 750-1000 AZN
İş barədə:
• Mağazanın sıravi və digər personalı (şöbə müdiri, satıcı, kassir, təmizlik və park xidməti; mühafizə xidməti və s.) üzərində operativ rəhbərliyi və idarəetməni həyata keçirmək;
• Cari tapşırıqları həll etmək, personalın öz vəzifə təlimatlarının və digər daxili normativ sənədlərin tələblərini dəqiq yerinə yetirmələrini təşkil etmək və nəzarət etmək;
• Satış nöqtələrindən və alıcılarından daxil olan hər bir informasiyaya operativ reaksiya vermək;
• Alıcılara keyfiyyətli xidmətin təşkil olunmasına nəzarət etmək;
• Personala rəhbərlikdən alınan əmr və göstərişləri çatdırmaq və icrasına nəzarət etmək;
• Personalın daxili nizam-intizam qaydalarına əməl etmələrinə nəzarət etmək;
• Satış prosesinin təşkilində mağazanın sıravi və digər personalının işini tənzimləmək;
• Mağazanın fəaliyyətini itki və xərclərin azaldılması hesabına optimallaşdırmaq;
• Ticarət zalına lazım olan malların sifarişini formalaşdırmaq;
• Mağazanın və personalın səliqə və təmizliyinə nəzarət etmək.
Tələblər:
• Ali təhsil;
• Yüksək təşkilati bacarıqları (idarəçilik qabiliyyəti, məqsədyönlülük, yaradıcı yanaşma və s.) olmalı;
• İşgüzar davranış etikasını;
• Satılan məhsulun assortimentini və satış qiymətlərini;
• Satış texnikası və prinsiplərini;
• Alıcılara keyfiyyətli xidmət standartlarını, xidmətin təşkili metodlarını;
• Sanitariya, texniki və yanğın təhlükəsizliyi qaydalarını bilməlidir;
• Kompüter bilikləri (MS Office).
Daha çox vakansiyalar üçün Peşəkar İnkişaf səhifəsini Facebookdan izlə!
2. Mühafizə
ƏMƏK HAQQI – 380 AZN
İş barədə:
• Tabeçiliyində olan müəssisənin mühafizəsinə cavabdehdir;
• Daxili təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etməlidir;
• Rəhbərliyə maddi sərvətlər və müəssisənin təhlükəsizliyi barədə məlumat verməlidir;
• Ona etibar edilmiş maddi sərvətlər, pul vəsaitləri və müəssisəyə dair qeydiyyat aparmalıdır;
• Tabeçiliyində olan müəssisə və maddi sərvətin oddan, suddan mühafizəsinə məsuliyyət daşıyır.
Tələblər:
• İdman dərəcəsi;
• Boy 180 sm və yuxarı;
• Ciddi, məsuliyyətli, dəqiq;
• İş təcrübəsi;
• Yaş həddi – 23-30 arası.
3. Satış Nümayəndəsi (Soyuq satış)
ƏMƏK HAQQI-700-1200 AZN
• Ərzaq və qeyri-ərzaq mallarının realizəsini təşkil etmək;
• Cəmiyyətin ticarət və yayım şəbəkələrinin işini əlaqələndirmək;
• Əmtəə bazarının analizi və xüsusiyyətlərini tədqiq etmək;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
Tələblər:
• Ali təhsil;
• Sürücülük vəsiqəsi;
• Satış sahəsində iş təcrübəsi;
• Satışın analizini aparmaq bacarığı;
• Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
• Bakı şəhərində qeydiyyatda olmalı;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Ünsiyyətcil;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
• Yaş həddi 25-35 arası
CV göndərərkən mövzu qismində vakansiyanın adının yazılması mütləqdir.
Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.
E-mail: [email protected]