9 C
Baku
Thursday, December 12, 2024

Nurgun Holding 3 vakant vəzifə üzrə işçi axtarır, maaş 700-1200 AZN

1. Hüquqşünas

İş barədə:

• Müqavilələrin hazırlanması;
• Əmrlərin, göstərişlərin, sərəncamların tərtib edilməsi, onların qanunauyğunluğunun imza ilə təsdiq edilməsi;
• Müəssisənin tərkibinə daxil olan bütün təsərrüfat subyektlərinin qanuni mənafelərinin qorunmasını təmin etmək;
• Müəssisənin mənafeyini məhkəmə orqanlarında, digər idarə, müəssisə və təşkilatlarda, habelə hüquq mühafizə orqanlarında müdafiə etmək;
• Müəssisə rəhbərliyinin hüquqi xarakterli digər göstərişlərinin yerinə yetirmək;
• Məhkəmə işlərinin nəticələrini öyrənmək və ümumiləşdirmək, müqavilələrin bağlanması və icra praktikasını analiz etmək;
• İddiaların hazırlanması və onlara cavab verilməsi məqsədi ilə arayışların, hesabların, izahatların vaxtında təqdim edilməsinə nəzarət etmək.

Tələblər:

• Ali təhsil (hüquq sahəsi üzrə)
• Microsoft Office proqramlarını bilmək;
• Azərbaycan dilini sərbəst bilmək. (Rus və İngilis dillərini bilmək arzuolunandır)
• İş təcrübəsi min 5 il;
• Mülki, əmək, vergi və prosesual hüquq üzrə qanunverciliyi bilməli;
• Məhkəmə proseslərində iştirak təcrübəsi;
• Səlist danışıq qabiliyyəti;
• Ciddi, məsuliyyətli, perspektivli, səliqəli olmalı;
• Yaş həddi 35 və yuxarı.

Digər məlumatlar:

• yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
• 5 günlük iş qrafiki;


2. Audit

Tələblər:

• Ali təhsil (iqtisadi və ya hüquqi);
• İş təcrübəsi min. 3 il;
• Təhlil aparmaq bacarığı;
• Təşəbbüskar olmalı;
• Qərar vermə qabiliyyətinin olması;
• Ünsiyyətcil və komanda ilə işləmə bacarığı;
• Kompüterdə sərbəst işləmə bacarığı (word, excel);
• Azərbaycan Respublikasının Qanunlarını və qanunvericilik aktlarını bilmək, Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) və Audit Standartları haqqında anlayış;
• Risklərin idarəolunmasına dair biliklərə malik olmaq;
• Audit nəticələri, verilmiş tövsiyələrlə bağlı hesabatların hazırlanması və yazılması bacarığı;
• Regionlarda audit aparılması üçün müəyyən müddət ərzində səfər aparılmasına məhdudiyyəti olmamaq;
• İnkişafa meyilli olmalı;
• Məsuliyyətli və diqqətli olmalı.

İş barəsində:

• Hazırda qüvvədə olan Azərbaycan Respublikasının qanunvericiliyinə və normativ xarakterli aktlarına və göstərişlərinə riayət olunması vəziyyətinin yoxlanılması;
• Uçot məlumatlarının adekvatlığını və düzgünlüyünü təmin etmək üçün sistem və prosedurlara nəzarət;
• Audit planları və proqramları əsasında daxili audit yoxlamalarını aparmaq, nöqsan və çatışmazlıqlar haqqında hesabatlar, rəylər və onların aradan qaldırılması barədə tövsiyələr hazırlamaq;
• Audit olunan sahələrdə mövcud riskləri müəyyən etməli və onların təhlilini aparmalı;
• Şirkətin bütün struktur bölmələrinə (satış, istehsalat və s.) fasiləsiz səmərəli nəzarət etməli.


3. Satış nümayəndəsi (Soyuq satış)

ƏMƏK HAQQI:    700-1200 AZN (maaş + satışdan bonuslar)

İş haqqında məlumat

• Şirkətin idxal etdiyi və yerli istehsalı olan ərzaq və qeyri-ərzaq mallarının satışını təşkil etmək;
• Təyin olunan marşrut üzrə vaxtlı-vaxtında müştəriləri ziyarət etmək və sifarişlər götürmək;
• Təyin olunmuş satış planlarının icrası;
• Müştərilərdən ödənişlərin toplanması;
• Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
• Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinə daxil edilməsi;
• Satışın stimullaşdırılması üçün tədbirlər görmək;
• Gündəlik fəaliyyət haqqında satış müdirinə hesabat vermək.

Tələblər:

• Ali təhsil;
• Sürücülük vəsiqəsi və şəxsi avtomobil;
• Satış sahəsində ən azı 1-3 il iş təcrübəsi;
• Satışları təhlil etmək bacarığı;
• Bakı şəhərinin satış nöqtələrini yaxşı tanımalı;
• Bakı şəhərində qeydiyyatda olmalı;
• Kompüterdə sərbəst işləmək bacarığı;
• Yaxşı ünsiyyət və yaxşı təqdimat bacarıqlarına malik olmalı;
• İnkişafa meyilli;
• Öz üzərində işləyən;
• Məsuliyyətli, dəqiq, ciddi, səliqəli olmalı
• Yaş həddi 25-35 arası

Digər məlumatlar:

• yüksək karyera imkanları;
• iş saatları: 09:00-dan 18:00-dək;
• 5 günlük iş qrafiki;

Qeyd: Şəxsi avtomobilin olması mütləqdir.


CV göndərərkən mövzu qismində vakansiyanın adını yazılması mütləqdir!

E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər