6 C
Baku
Sunday, December 15, 2024

Nurgun Holding 4 vəzifə üzrə vakansiya elan edir – ə.h: 1200-1600 AZN

Vakansiya 1: Bölgə müdiri

Əmək haqqı: 1200-1600 AZN

İş barəsində:

• Satış təmsilçilərinin əmək fəaliyyətinə nəzarət etmək, istiqamətləndirmək və iş bölgülərini həyata keçirmək;
• Rutları sistemləşdirmək və hər bir satış nöqtəsinə effektiv olaraq müntəzəm ziyarətlərin həyata keçirilməsini təmin etmək;
• Satış nöqtələrində çeşidlərin yerləşdirilməsinə nəzarət etmək, yeni kampaniya və aksiyalar barədə məlumatlandırıldıqlarını yoxlamaq;
• Mövcud bazarın vəziyyətinin təhlil etmək;
• Rəqib şirkətlər haqqında zamanında və dolğun məlumat toplamaq;
• Planların yerinə yetirilməsinə nəzarət etmək;
• Satış təmsilçilərinin müştərilərdəki borclarının vaxtında alıb müştəri hesabından silinməsini həyata keçirmələrinə nəzarət etmək, lazımi xəbərdarlıqları etmək, bu borcların məsuliyyətini daşımaq və rəhbərliyi bu barədə mütəmadi olaraq məlumatlandırmaq.

Tələblər:

• Ali təhsil;
• Sürücülük vəsiqəsi;
• Kompüter bilikləri;
• Satış sahəsində iş təcrübəsi;
• Analitik təhlil aparmaq bacarığı;
• Mövcud bazardakı vəziyyəti  qiymətləndirməyi bacarmalı;
• Yenilikçi, təşəbbüskar, inkişafa meyilli olmalı;
• Ciddi, məsuliyyətli, prespektivli olmalı;
• Yaş həddi 30-40 arası.


Vakansiya 2: Xarici əlaqələr üzrə Menecer

İş barəsində:

• İşlə bağlı yazılı və şifahi tərcümələr etmək;
• Xarici qonaqları qarşılamaq;
• Xarici əməkdaşlığın qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqlar aparmaq;
• Şirkəti yerli və xarici tədbirlərdə, görüşlərdə təmsil etmək;
• Beynəlxalq əlaqələrin yaradılması və inkişafı üzrə təkliflərin hazırlanmaq.

Tələblər:

• Ali təhsil (beynəlxalq iqtisadi münasibətlər və beynəlxalq əlaqələr ixtisası üzrə);
• İş təcrübəsi: ən azı 2-3 il;
• Dil bilikləri: Azərbaycan,türk, rus və ingilis dillərini yüksək səviyyədə bilməli;
• Ofis proqramlarından istifadə etmə bacarığı olmalı;
• Sürücülük vəsiqəsi;
• Güclü ünsiyyət, analitik bacarıqları;
• Səlis nitqə malik olmalı;
• Planlaşdırma, analiz və idarəetmə bacarığı;
• Minimum maliyyə bilikləri;
• Bazar araşdırması bilikləri;
• Proje üzrə icra bacarıqları;
• Biznesin təşkili üzrə bacarıqlar.


Vakansiya 3: Memar-dizayner

Əmək haqqı: 600-1000 AZN

İş barəsində:

• Eskiz və işçi layihələrinin hazırlanmasını təmin etmək;
• Layihələrin icrası prosesində iştirak etmək;
• İnteryer dizayn işini görmək və işin daha səmərəli yerinə yetirilməsi üçün təkliflər vermək;
• Kompyuter proqramlarından istifadə edərək yekun nəticələr hazırlamaq.

Tələblər:

• Ali təhsil;
• Dizayn proqramları (Photoshop, Corel Draw, AvtoCad, Archi Cad, 3dMax)
• İngilis dili bilikləri;
• Yaradıcı olmalı;
• Ciddi, məsuliyyətli, dəqiq, daim üzərində işləməli;
• Yaş həddi – 25-35 arası.


Vakansiya 4: Mühasib – operator (supermarket üzrə)

Əmək haqqı: 300 AZN

İş barəsində:

• Mağazaya daxil olan məhsulların qaimə və qəbzlərini sistemə daxil etmək,  mühasibatlıq işlərini aparmaq;
• Gündəlik və aylıq hesabatlar hazırlamaq.

Tələblər:

• Ali təhsil (İqtisadiyyat);
• İş təcrübəsi;
• Kompüterdə sərbəst işləmək bacarığı (Excel, 1C)
• Təhlil aparmaq bacarığı;
• İnkişafa meyilli;
• Ciddi, məsuliyyətli, dəqiq olmalı;
• Yaş həddi 23-35 arası


CV göndərərkən mövzu qismində vakansiyanın adının yazılması mütləqdir. E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər