10 C
Baku
Thursday, December 12, 2024

Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxdı

Qazaxıstanın birinci Prezidenti – Elbası Nursultan Nazarbayev uzun fasilədən sonra ilk dəfə ekran qarşısına çıxıb.

Keçmiş dövlət başçısı rəsmi yutub kanalında videomüraciət yayımlayıb.

“2019-cu ildə mən prezident səlahiyyətlərini Kasım-Jomart Tokayevə təhvil verdim, o vaxtdan təqaüdçüyəm. Hazırda Qazaxıstanın paytaxtında istirahət edirəm və heç bir yerə getməmişəm. Prezident Kasım-Jomart Tokayev tam səlahiyyətə malikdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə Prezident Nur Otan Partiyasının sədri seçiləcək. Ona görə də elitada heç bir münaqişə, qarşıdurma yoxdur. Bu mövzuda şayiələr tamamilə əsassızdır”, – Nursultan Nazarbayev vurğulayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər