Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol qlobal hazırkı enerji böhranı, ənənəvi enerji mənbələrinin artan qiymətləri, enerji təhlükəsizliyi çağırışları və iddialı iqlim öhdəlikləri şəraitində nüvə enerjisinin səhnəyə qayıtmaq üçün unikal imkana malik olduğuna inanır.
Fatih Birolun sözləri IEA-ın illin «Nüvə Enerjisi və Təhlükəsiz Enerji Keçidləri” (Nuclear Power and Secure Energy Transitions) hesabatında qeyd olunur.
Hesabata əsasən, bu gün atom hidroenergetikadan sonra ikinci ən böyük aşağı emissiyalı enerji mənbəyidir. Nüvə elektrik stansiyaları (AES) hazırda 32 ölkədə yerləşir və bu güclərin təxminən 63%-i 1970-ci illərin neft bazarındakı qarışıqlıqdan sonra tikildiyinə görə, hazırda 30 ildən çox yaşı olan stansiyalardadır.
IEA analitiklərinin fikrincə, atom karbohidrogenlərdən daha sürətli və təhlükəsiz uzaqlaşmağa kömək edə bilər, həmçinin iqlim probleminin həllinə töhfə verə bilər.
Agentliyin hesablamalarına görə, 32 ölkədə təxmin edilən cari gücü 413 GVt olan nüvə enerjisi hər iki məqsədə nail olmaqda kömək edir, 1,5 giqaton zərərli emissiyaların qarşısını alır və ildə 180 mlrd. kubmetr qlobal qaz tələbatını əvəz edir.