10 C
Baku
Friday, December 13, 2024

Nüvə müharibəsi ehtimalını artıran silahlar

Nüvə müharibəsi təhlükəsi hər kəsi qorxudan bir mövzudur. Nüvə və konvensional (adi, şərti) silahlar arasındakı xəttin qeyri-müəyyənliyi bu təhlükəni artırır.

Nüvə və qeyri-nüvə silahları arasında heç bir zaman dəqiq bir fərq olmayıb. Məsələn, B-29 bombardman təyyarəsi konvensional bombalar üçün nəzərdə tutulmuşdu. Amma 6 avqust 1945-ci ildə Yaponiyanın Hiroşima şəhərinə atom bombasını bu təyyarə atmışdı.

Bu gün nüvə silahlarına sahib 9 ölkə var. Bunların toplam nüvə silahı ehtiyatı 1986-cı ildə 64 minlə rekord səviyyəyə çatmış saydan aşağı olsa da, silahların gücü Hiroşimaya atılan bombanın 3 qatına bərabərdir.

Britaniya xaricində nüvə silahına sahib səkkiz ölkə, həm nüvə, həm də konvensional döyüş başlıqlarına uyğun ikitərəfli istifadə olunan silahlara sahibdirlər.

Bunlar arasında uzun məsafəli mərmilər də olduğundan nüvə silahına sahib ölkələrin hədəf alacağı bölgələr genişlənmiş olur.

Nüvə silahı yerləşməsi ölkələrə görə nüvə silahı
Fotonun müəllifi: GETTY IMAGES – Dünya Müharibəsində ABŞ-ın Hiroşimaya atdığı ilk atom bombasını daşıyan təyyarə – Enola Gay

Məsələn, Rusiya bir qədər əvvəl qurudan atılan yeni bir 9M729 qanadlı mərmini yerləşdirmişdi. ABŞ bu mərminin ikitərəfli istifadəyə uyğun olduğuna və 500 km-dən artıq məsafə üçün sınaqdan keçirildiyinə inanır.

Rusiyanın orta məsafəli mərmi istifadəsini qadağan edən razılaşamanı pozması istiqamətindəki Amerika iddialarının əsasında bu mərmi yer alır.

ABŞ-ın bu razılaşmadan geri çəkildiyini açıqlaması, yeni bir silahlanma yarışı mövzusundakı narahatlıqları artırıb.

Çin isə son vaxtlarda yeni inşa etdiyi DF-26 mərmisini nümayiş etdirir.

2500 km məsafəni qət edə bilən bu mərmi dünyanın ən uzun mənzilli, tam zərbə vurmaq tutumuna sahib ikili istifadə mərmisi olaraq tanınır.

Bu cür mərmilərin nüvə müharibəsi təhlükəsini artıracağına dair bəzi ssenarilər var.

Nüvə silahı yerləşməsi ölkələrə görə

Bunlardan ən mühümü, bir münaqişə zamanı bu mərmi konvensional döyüş başlığı ilə atılsa belə nüvə silahı olaraq qəbul edilməsi ehtimalıdır. Bu qeyri-müəyyənlik mərmiyə nüvə silahıyla cavab verilməsinə səbəb ola bilər.

Bu şəkildəmi qarşılıq veriləcək, yoxsa hansı növdən olduğunun aydınlaşması üçün silah partlayana qədər gözləniləckmi? Bunu təxmin etmək çətindir.

Hələki, atılmadan səhv müəyyən edilməsi ehtimalı ikili istifadəli mərmilərin ən böyük təhlükəsidir.

Tutaq ki, Çin hərəkətli bir avtomobilə quraşdırılmış və nüvə başlıqla yüklənmiş DF-26 mərmilərini ölkənin fərqli bölgələrinə yerləşdirib.

ABŞ bunları konvensional silah sayaraq məhvinə cəhd edərsə, Çin bu mərmilər hələ ki, məhv edilmədən nüvə silahlarını işə sala bilər.

Nüvə silahı yerləşməsi ölkələrə görə nüvə silahı
Fotonun müəllifi: GETTY IMAGES Image captionPekindəki bir paradda DF-26 mərmilərini daşıyan hərbi vasitələr

Peyk sistemləri

Nüvə və qeyri-nüvə silahlarının gedərək bir-birinə bənzəməsi sadəcə ikitərəfli mərmilər baxımından keçərli deyil. Bütün nüvə güclərinin rabitə sisteminə sahib olması lazımdır. Bunlardan biri də peyklərdir. Lakin bu nüvə idarəetmə və nəzarət sistemləri nüvə olmayan əməliyyatları dəstəkləmək məqsədiylə də isitfadə oluna bilər.

Məsələn, ABŞ nüvə başlıqlı və ya konvensional başlıqlı ballistik mərmi hücumlarına qarşı xəbərdarlıq üçün bir peyk sistemindən istifadə edir.

NATO ilə Rusiya arasındakı hər hansı bir münaqişədə Rusiyanın atacağı qısa məsafəli konvensional ballistik mərmiləri vurmazdan əvvəl onu müəyyən etmək üçün ilk addım kimi bu peyklərdən istifadə oluna bilər.

Bu strategiya müvəfəqiyyətli olarsa, Rusiya buna cavab olaraq ABŞ-ın erkən xəbərdarlıq peyklərinə hücum etmək barədə qərar qəbul edə bilər. Beləki, ABŞ kəşfiyyatı Rusiyanın bu məqsədlə quruda yerləşdirilmiş lazer silahlarını inkişaf etdirməsi barədə xəbərdarlıq edib.

Nüvə silahı yerləşməsi ölkələrə görə nüvə silahı
Fotonun müəllifi: GETTY IMAGES – Rusiyanın 9M729 mərmisi

Ancaq ABŞ-ın erkən xəbərdarlıq peyklərinin zərərsizləşdirilməsi, sadəcə konvensional başlıqlı mərmilərin deyil, eyni zamanda nüvə başlıqlı ballistik mərmilərin də müəyyən edilməsinin qarşısını alacaqdır.

Bu vəziyyət Rusiyanın ABŞ-a qarşı nüvə hücumunu planlaşdırdığı narahatlığını gündəmə gətirə bilər.

ABŞ-ın Müdafiə Nazirliyinin Nüvə Vəziyyətinin Öyrənilməsi (Nuclear Posture Review) hesabatında Amerikanın nüvə komandası və nəzarət sistemlərinə hücum edən hər hansı bir dövlətə qarşı nüvə silahından istifadə etmək fikri açıq-aşkar ifadə edilir.

Bu təhlükə o ölkənin əvvəllər nüvə silahından istifadə edib-etməməsindən asılı olmayaraq keçərlidir.

Silahların qadağan edilməsi

Nüvə silahına sahib ölkələrin hökumətləri nüvə və qeyri-nüvə silahlarının getdikcə bir-biriylə əlaqəliliyinin fərqində olmalıdırlar. Bunun yaratdığı təhlükələrin də ən azından bir qisminin fərqindədirlər. Lakin bu risklərin azaldılması istiqamətində işlər prioritet hesab edilmir.

silah
Fotonun müəllifi: GETTY IMAGES – 2018-ci ildə ABŞ-İsrail ortaq hərbi təlimində istifadə olunan Amerikanın “Patriot” mərmidən müdafiə sistemi

Əsasən hərbi imkanların və qabiliyyətlərin artırılması, çəkindirilməsi üzərində dayanılır.

Nüvə komandası və nəzarət peykləri istiqamətində təhlükə yarada biləcək silahların qadağan olunması məsələsində razılaşma əldə etməyə çalışmaq ölkələrin ata biləcəyi ilk addımlardan biri ola bilər.

Ancaq bu gün nüvə silahlarına sahib ölkələrin hökumətləri eyni masada oturmaq istəyi nümayiş etrdirmir. Buna görə də bu mövzuda hansısa bir iş birliyi ehtimalı çox da yoxdur.

* James Acton, Carnegie Beynəlxalq Sülh Dərnəyi(Carnegie International Peace Endowment), Nüvə siyasəti proqramı rəhbəridir. Bu məqalə onun “İç-içə keçmə yoluyla eskalasiya: Komanda və nəzarət sistemlərinin zəifliyi geri dönüşü olmayan bir nüvə müharibə riskini necə artırır?” başlıqlı işinə əsaslanır.

©BBC Azərbaycanca

Son xəbərlər
Digər xəbərlər