Nvidia ilin sonunadək Çinə süni intellekt çiplərinin tədarükünə başlamağı planlaşdırır

Nvidia Çin müştəriləri üçün hazırladığı süni intellekt çiplərinin kiçik partiyalarını ilin sonunadək tədarük etməyə başlamağı planlaşdırır. The Information bu barədə şirkətin iki əməkdaşına istinadən məlumat yayıb.

Bundan əvvəl Reuters yazmışdı ki, Çinin ByteDance və Tencent şirkətləri son həftələr ərzində Nvidia-dan təxminən 10 min ədəd H200 çipi əldə ediblər.

İnvestorlar üçün əsas məsələ Nvidia-nın tənzimləyici maneələri kifayət qədər yumşalda bilib-bilməyəcəyi və bu tədarükləri Çindən əhəmiyyətli gəlir mənbəyinə çevirə biləcəyidir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər