6 C
Baku
Sunday, December 15, 2024

NVIDIA-nın rəhbərliyi şirkətin 180 mln. dollarlıq səhmini satıb

Publik şirkətlərin rəhbərliyi əmək haqqının əsas hissəsini səhm şəklində alır, buna görə də vaxtaşırı onları satmağa məcbur olur, xüsusən də gəlirin bir hissəsi qaçılmaz olaraq vergilərin ödənilməsinə xərcləndiyi üçün.

İlin əvvəlindən dəyəri 79% artan NVIDIA səhmləri direktorlar şurası üzvlərinə satışdan yaxşı qazanmağa imkan verir, buna görə də “Bloomberg” hesablayıb ki, son günlərdə NVIDIA direktorlar şurasının üzvləri şirkətin səhmlərinin satışından təxminən 180 milyon dollar qazanıblar.

İdarə Heyətinin iki üzvü bu ayın əvvəlində 212 min səhm satıb. Keçən ay NVIDIA-nın direktorlar şurasının üzvləri şirkətin səhmlərinin 99 min səhmini ümumilikdə təxminən 80 milyon dollara satıblar.

Son xəbərlər
Digər xəbərlər