18 C
Baku
Sunday, April 28, 2024

“Nvidia” yeni videokartlarda “Ethereum”un mayninqini məhdudlaşdıracaq

“Nvidia” şirkəti “GeForce RTX 3080” və “3060 Ti GPU” videokartlarda “Etherium” kriptovalyutasının mayninqini məhdudlaşdıracaq. Banker.az “Forbes.ru”ya istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi saytında deyilir.

Bildirildiyi kimi, yeni videokartlar bu ayın sonunda satışa çıxarılacaq. Şirkət əvvəllər buraxdığı videokartların mayninq effektivliyini azaltmağı planlaşdırmır. Bu yolla “Nvidia” videokartların yalnız rəqəmsal valyuta mədənçiləri deyil, həm də “oyunçuların əlinə keçməsinə” nail olmaq istəyir.

“The Verge” qeyd edir ki, bir çox oyunçu bir neçə aydır ən son videokart modellərini ala bilmir, çünki kriptovalyuta mayninqi səbəbindən dünyada qrafik prosessor çatışmazlığı yaşanır.

Buna baxmayaraq, “Nvidia” bu auditoriyanı da görməzdən gəlmir. Daha əvvəl şirkət “Ethereum” mayninqi üçün xüsusi prosessorlar təqdim edib. Onlar tokenləri daha effektiv şəkildə əldə etməyə imkan verir, eyni zamanda video sürətləndirilməsi funksiyasını dəstəkləmir, yəni oyunçular üçün faydasızdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər