22 C
Baku
Friday, June 6, 2025

NVIDIA yenidən dünyanın ən dəyərli şirkəti olub

Amerikanın qrafik prosessorların tərtibatçısı NVIDIA-nın kapitallaşması proqram təminatı istehsalçısı “Microsoft”un bazar dəyərini ötüb. Beləliklə, NVIDIA yenidən dünyanın ən bahalı şirkəti olub.

NVIDIA (NVDA) səhmləri Amerikanın NASDAQ birjasında iyunun 3-də keçirilən ticarətdən sonra 2,8% artaraq 141,22 dollara çatıb. Nəticədə, çip istehsalçısının bazar dəyəri 3,45 trilyon dollara yüksəlib.

Bazar dəyərinə görə ikinci yerdə “Microsoft” (3,44 trilyon dollar), üçüncü yerdə isə “Apple” (3,04 trilyon dollar) qərarlaşıb. NVIDIA ilk dəfə deyil dünyanın ən dəyərli şirkətləri siyahısında birinci yer tutur. İ18 iyun 2024-cü ildə də çip istehsalçısı dünya lideri olub.

Aprel ayından bəri NVIDIA-nın səhmlərinin qiyməti 45%-dən çox artıb, şirkətin bazar dəyəri isə 1 trilyon dollardan çox yüksəlib.

Son xəbərlər
Digər xəbərlər