6 C
Baku
Monday, December 16, 2024

NYT: Tramp vergilərin yüksək olması səbəbiylə daimi yaşayış yerini dəyişdi

ABŞ prezidenti Donald Tramp, “New York Times” qəzetinin məhkəmə sənədlərinə görə, daimi yaşayış yerini Nyu-Yorkdan Florida ştatındakı “Palm Beach”-ə dəyişdirdi. Ağ ev prezidentin bu qərarının səbəbini izah etməkdən imtina edib. Trampa yaxın olan qəzet mənbəyinə görə. bu, vergi problemləri ilə əlaqədardır.

Banker.az xəbər verir ki, “Mən Nyu-Yorku çox sevirəm və bu şəhərinin sakinlərini də həmişə sevəcəyəm, lakin təəssüf olsun ki, hər il milyonlarla dollar vergi ödəsəm də yerli hakimiyyət orqanları mənə çox pis münasibət bəsləyir” , – prezident yazır.

Qeyd edək ki, Florida satında gəlir vergisi və ya miras vergisi yoxdur, Nyu-Yorkda isə gəlir vergisi 9% təşkil edir.

Daha əvvəl Donald Tramp Nyu-Yorkun mərkəzində yerləşən “Trump Tower” göydələnində yaşayıb. Prezidentin digər yaşayış yerlərinə Ağ evi və Nyu-Cersi klubunu misal göstərmək olar.

 

 

Son xəbərlər
Digər xəbərlər