“NYU Sfera-İnşaat” MMC ləğv olunduğunu elan edir.
Kreditorlar iki ay ərzində tələblərini 1119 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev məhəllə 2382, mənzil 22 ünvanına bildirə bilərlər.
Bildirək ki, “NYU Sfera-İnşaat” MMC 2005-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Araz Heydərovdur.
“Nyu Sfera Şirkətlər Qrupu” MMC 1992-ci ildən fəaliyyət göstərir. Ora həmçinin “Nyu Sfera İnşaat” MMC, “Nyu Sfera Art”, “Nyu Sfera Ticarət” də daxildir. “Nyu Sfera Şirkətlər Qrupu”nun rəhbəri isə Quliyev İman Nəsurulla oğludur.