Müəllif: Kənan Kərimzadə
Nyu -Yorkda təhsil alarkən bir çoxları kimi mənim də ən sevdiyim yerlərdən biri şəhərin Mərkəzi Parkı (NY Central Park) idi. Bu ərazi şəhərin ağ ciyərləri hesab olunur. Park 1858-ci ildə salınıb. Hazırda illik büdcəsi $37.5 milyondur. Qoşqulu atlarla gəzənlər, velosiped sürənlər, şahmat oynayanlar, qaçan adamlar, şərab evləri, konsert salonları, heykəllər, tennis meydançaları və. s kimi yaraşıqlı yerləri və digər zəngin fəaliyyət növlərini görmək mümkündür burada.
Amma hər zaman bu yerlə bağlı bir sual məni düşündürüb: Necə ola bilər ki Nyu-Yorkun tam mərkəzində, bu qədər bahalı və böyük ərazi qorunub saxlanılıb? 9 milyona yaxın adamın yaşadığı, bir kvadrat metr ərazinin qiyməti bir neçə min dollar olan yerdə, 340 hektarlıq ərazi park olsun? Bizdə belə bir şey mümkün deyil axı…
150 il öncə şəhərin gələcəyini görən adamlar olub. Park süni olaraq salınıb, yəni boş əraziyə torpaq və qaya daşınıb, ağaclar və güllər əkilib. Bu parkı digərlərindən fərqli edən isə onun ərazisinin yaranandan bəri kiçilməməsidir, əksinə illər keçsə də böyüyür.
Əvvəldə verilən sualın cavabı isə çox sadədir. Seçkilər və seçicinin istəyi!
Nyu-York yerli bələdiyyə seçkilərində keçən əsrin əvvəllərindən bəri parkın taleyi ən önəmli müzakirə məsələlərdən biridir. Yenə seçim və seçicinin istəyi!