5 C
Baku
Friday, March 29, 2024

Nyu-York şəhərində olan ən bahalı küçənin adı açıqlandı

Nyu-York şəhərinin ən bahalı küçəsi “Central Park South” sayılır, bu haqda “PropertyClub” şirkətinin analitikləri məlumat veriblər. 2019-cu ilin ilk 7 ayında şəhərin bu küçəsində olan daşınmaz əmlakın dəyəri 9,8 milyon dollar təşkil edir.

Banker.az xəbər verir ki, küçə Kolumb meydanından Beşinci prospektə qədər uzanır. “Central Park South” dəki bəzi evlər göydələnlərin memarlıq ansamblının bir hissəsidir. 2019-cu ilin yanvar-iyul ayları arasında bu küçədə yerləşən əmlakla 53 müqavilə bağlanıb.

Bu ilin yanvar ayında amerikalı maliyyəti Ken Griffin, “Central Park South” da 220 nömrəli evi 228 milyon dollara almışdır. Oktyabr ayında isə “New York Post” qəzeti Griffin-in eyni göydələnin 20-ci mərtəbəsində daha iki mənzil alması barədə məlumat vermişdir.

Nyu-York şəhərinin ikinci ən bahalı küçəsi isə “West 81st Street” sayılır. Buradakı mənzillərin orta qiyməti 5,9 milyon dollar təşkil edir.

Son xəbərlər
Digər xəbərlər