10 C
Baku
Friday, December 13, 2024

O da ABŞ prezidentliyinə namizədliyini irəli sürəcək

Nyu-Cersi ştatının keçmiş qubernatoru Kris Kristi 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasından namizədliyini irəli sürmək qərarına gəlib.

Bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, siyasətçi iyunun 6-da Nyu-Hempşir ştatında tərəfdarları qarşısında çıxışı zamanı prezident seçkilərində iştirak etmək qərarını açıqlayıb.

“Görəcəyim işdə uğur qazanacağıma zəmanət verə bilmərəm, lakin əminəm ki, sonda insanların kim olduğuma, prezidentliyə layiq olub-olmadığıma dair heç bir şübhəsi olmayacaq”, – deyə Kris Kristi qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər