7 C
Baku
Sunday, December 15, 2024

“OBA Market”ə 15 min manatadək cərimə protokolu yazılıb

Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “OBA Market” MMC cərimələnə bilər.

Banker.az xəbər verir ki, şirkət barəsində Ətraf Mühitin Mühafizəsi, Təbiətdən Istifadə Və Ekoloji Təhlükəsizlik Qaydalari Əleyhinə Olan Inzibati Xətalar – 266.2-ci maddə ilə cərimə protokolu tərtib edilərək Xəzər Rayon Məhkəməsinə göndərilib. İşə baxan hakim İlham Cəfərzadədir.

Bu maddəyə əsasən, tullantıların emalı yerlərinin müəyyənləşdirilməsi, layihələşdirilməsi, tikintisi, istifadəsi və ya ləğv edilməsi normalarının və qaydalarının pozulmasına görə vəzifəli şəxslər üç min beş yüz manatdan dörd min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on beş min manatadək məbləğdə cərimə edilir.

Son xəbərlər
Digər xəbərlər