2 C
Baku
Saturday, December 14, 2024

“Oba market”ə qarşı araşdırma başlanıldı, sənədlər Prokurorluğa göndərilib

Binəqədi rayonu, Mirzə Məmmədxan küçəsi 74 ünvanında, Oba marketin qarşısında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət əsasında aparılan araşdırma başa çatıb.

Banker.az xəbər verir ki, xidmət rəsmisi Vaqif Cavadov bildirib ki, araşdırma zamanı sözügedən ərazidəki ağacların kəsilməsinə görə təbiətə 1200 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

“İlkin araşdırma zamanı Oba marketin qarşısındakı ağacların marketin rəhbərliyinin göstərişi əsasında kəsildiyinə əsaslı şübhələr yarandığından və təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Binəqədi Rayon Prokurorluğuna göndərilib”.

 

Son xəbərlər
Digər xəbərlər